AZAL biletlərin 30 % ni rəqəmsal kanallarla satır
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
2025-ci ildə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ümumi satışlarının təxminən 30 %-i birbaşa rəqəmsal kanallar vasitəsilə həyata keçirilib.
Bu barədə aviaşirkətin 2025-ci il üzrə Dayanıqlılıq hesabatında bildirilir.
Hesabata əsasən, aviaşirkət rəqəmsal xidmətlərin genişləndirilməsi çərçivəsində sərnişinlər üçün bir sıra yeni imkanlar yaradıb.
Belə ki, ötən il istifadəyə verilmiş "AZAL Upgrade" xidməti vasitəsilə sərnişinlər onlayn təklif sistemi əsasında ekonom sinifdən premium ekonom və ya biznes sinfinə keçid üçün müraciət edə bilirlər. Bu xidmət vasitəsilə 10 mindən çox uğurlu sinif yüksəldilməsi həyata keçirilib.
Bundan başqa, şirkətin internet resursları vasitəsilə "Booking.com" üzərindən yerləşmə xidmətlərinin sifarişi, elektron SIM (e-SIM) xidməti və digər rəqəmsal səyahət imkanları təqdim edilib.
AZAL, həmçinin "Viasat" şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində 20 təyyarədə yüksək sürətli internet və simsiz uçuşdaxili əyləncə sistemlərinin tətbiqini nəzərdə tutub.
Hesabatda qeyd olunub ki, rəqəmsal satışların genişləndirilməsi aviaşirkətin əməliyyat xərclərinin optimallaşdırılması və müştəri xidmətlərinin təkmilləşdirilməsi baxımından prioritet istiqamətlərdəndir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Noyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















