Icma.az
close
up
RU
Azərbaycanlı jurnalistin sevgilisi olan bankirin başı dərdə 20 il həbs...

Azərbaycanlı jurnalistin sevgilisi olan bankirin başı dərdə 20 il həbs...

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın məşhur VTB-nin rəhbəri Andrey Kostin yenidən medianın diqqətindədir.

ABŞ-da çirkli pulların yuyulmasında, maliyyə fırıldaqlarında və anti-Rusiya sanksiyalarından yayınmaqda ittiham olunan ən nüfuzlu rus bankirlərindən birini 20 il həbs gözləyə bilər. Kostin ittihamları "əhəmiyyətsiz" adlandırır, amma məsələnin ciddi olduğunu Rusiyanın maliyyə dairələrdə hamı anlayır.

ABŞ Ədliyyə Departamentinin məlumatına görə, Kostin sanksiyaya məruz qaldığı 2018-ci ildən bəri dəyəri 135 milyon dollardan çox olan iki yaxta və Kolorado ştatının Aspen şəhərində 12 milyon dollarlıq malikanə əldə edib. Bu sxemin reallaşmasında ona kömək edən “Otkritie Bank”ın keçmiş sahibi Vadim Volfson və ABŞ vətəndaşı Qannon Bondun 2024-cü ilin fevralında həbs ediliblər.

Bununla belə, danışıqlara bələd olan mənbələrə görə, Kostin lobbiçiləri vasitəsilə ittihamları yumşaltmağın yollarını axtarır. 2025-ci ildə Vaşinqtonda administrasiya dəyişikliyi bankirə razılaşmaya ümid yaradıb. "Vaşinqton Rusiyanın aktivlərinə görə ikinci ən böyük bankı olan VTB-nin rəhbərini təzyiq altında saxlamağın sərfəli olmadığına qərar verə bilər", - vəziyyətlə tanış olan mənbə belə deyib.

Bu versiyanı Kostinin 2025-ci ilin martında CNN telekanalına müsahibəsi də təsdiqləyir. Lakin ittihamların miqyasına görə məsələ mürəkkəbdir. ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokurorluğunun məlumatına görə, Kostin 2018-ci ildən 2022-ci ilə qədər yaxtalara və daşınmaz əmlakla bağlı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını pozaraq dollar əməliyyatları aparıb. VTB 2023-cü ildə 432 milyard rubl rekord gəlir əldə etməsinə baxmayaraq, sanksiyalar altında qalır. Ekspertlərə görə, Kostinin ABŞ-ın maliyyə dairələri ilə anlaşacağı şanslar zəif görünür, çünki bu iş ətrafında həddindən artıq siyasi səs-küy yaranıb.

Qeyd edək ki, rusiyalı bankir uzun müdətdir ki, azərbaycanlı teleaparıcı Nailə Əsgərzadə ilə birgə yaşayırlar. Onların da adları korrupsiya qalmaqalında hallanır.

Məsələn, son jurnalist araşdırması zamanı məlum olub ki, VTB-nin rəhbəri qeyri-qanuni yolla əldə etdiyi vəsaitlərlə Nailə Əsgərzadəyə çox bahalı hədiyyələr edir, onun adına rəsmiləşdirir.

Araşdırmanın müəllifləri qeyd edirdilər ki, oğurlanmış vəsaitlərin həqiqi miqyasını yalnız təxmin etmək olar. “Dövlət bankından Andrey Kostinin cibinə nə qədər vəsait axdığı barədə təxminləri onun Nailə Əsgərzadənin adına keçirdiyi Razdorı kəndindəki 1 torpaq sahəsinin qiyməti (3 milyard rubldan artıq) əsasənda qurmaq olar. Andrey Kostinin Nailə Əsgərzadəyə verdiyi hədiyyələrə diqqət etdikdə, onlara çox böyük pullar xərcləndiyi aydın olur. Çünki o, başqa şeylərlə yanaşı, Əskərzadəyə məşhur Rublevkada 250 milyon rubla ev, "Novaya Ostojenka" elit yaşayış kompleksində iki mənzil, 4 milyard rublluq "Sea&Us" yaxtası, 60 milyon dollara "Bombardier Global 6000" reaktiv təyyarəsini də hədiyyə edib” araşdırmada deyilir.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 May 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see139

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see118

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see118

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Çaki öldü

29 May 2025 00:07see117

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see112

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see111

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri