Azərbaycan sahibkarları dövlət qurumlarının İKT xidmətlərinin alışına dair siyasətindən narazıdır FOTO
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın dövlət qurumları İKT ilə bağlı xidmətləri və həlləri özəl sektordan tender yolu ilə almırlar. SİA Sahibkarlar (İşəgörürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir ki, iş adamları öz narazılıqlarını qurumun tərkibində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal Texnologiyalar üzrə komissiyanın iclasında bildirib.
İclasda KOB-ların rəqəmsal transformasiyası və Milli texnoloji həllərin ixracı ilə bağlı proqramın təqdimatı və ölkəmizdə bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları maneə və çətinliklər müzakirə edilib. Komissiyanın sədri Elçin Əliyev “KOB-ların rəqəmsal transformasiyası və Milli texnoloji həllərin ixracı” ilə bağlı proqramı iştirakçılara təqdim edib. Proqramın KOB-lara yeni bazarlara çıxış imkanları, rəqəmsallaşma, bulud texnologiya və xidmətlərinə əlçatanlığı yüksəltməyi hədəfləndiyini bildirib.
Sonra rəqəmsal həllər və texnologiyalar sahəsində çalışan şirkətlər təkliflərlə çıxış ediblər. Xüsusən də texnopark üzvü olan şirkətlərin dünya təcrübəsinə əsasən ƏDV-dən azad olunması, bu sahədə dövlət sektorunu təmsil edən qurumların özəl sektorla rəqabətə girməməsi kimi mühüm amillər qeyd edilib.
“Əgər Azərbaycanda mən həllimi sata bilmirəmsə, deməli xaricə ixraca çıxa bilmərəm”, -deyən E.Əliyev və digər sahibkarlar dövlət qurumlarının İKT ilə bağlı xidmətləri və həlləri daxildə “həll etməyə” çalışmalarını düzgün hesab etməyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















