Azərbaycanlı kikboksinqçilər 16 medala imza atıb
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İtaliyanın Jesolo şəhərində yeniyetmə və gənclər arasında WAKO dünya çempionatı keçirilib.
XQ xəbər verir ki, Azərbaycan milli komandası çempionatı 10 qızıl, 4 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 16 medalla başa vurub.
Komanda ümumi medal sayına görə 11-ci, rinq yarışlarında əldə olunan medalların sayına görə isə 3-cü yeri tutub.
Gənclər arasında Əli Mayılzadə (57 kiloqram, “Low Kick”), Adil Əsədov (54 kiloqram, “K1”) və Gülgəz İbrahimli (48 kiloqram, “Low Kick”) dünya çempionu olublar.
Yeniyetmələr arasında isə Hüseyn Mahmudzadə (42 kiloqram, “Low Kick”), Seymur Quliyev (45 kiloqram, “Low Kick”), Hüseyn Əmirli (45 kiloqram, “K1”), Nizami Əliyev (48 kiloqram, “Full Contact”), Ayxan Allahyarlı (54 kiloqram, “K1”), Cəmil Məmmədov (42 kiloqram, “K1”) və Eldar Rzayev (75 kiloqram, “Low Kick”) qızıl medal qazanıblar.
Rinq hakimləri Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov, həmçinin çempionatın “Ən yaxşı rinq hakimi” mükafatına layiq görülüb.
Yarışda ümumilikdə 79 ölkədən idmançılar mübarizə aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Sentyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















