Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb?

Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb?

Icma.az bildirir, Lent az portalına istinadən.

Ukraynanın Zaporojye şəhərinin rayon məhkəməsi Azərbaycan vətəndaşı Vüqar Ağayevi həmyerlisi, "Sarvan" ləqəbli kriminal avtoritet Sarvan Cəfərovun qəsdən öldürülməsi ittihamı üzrə təqsirsiz hesab edib. O, Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub.

Lent.az xəbər verir ki, hökm 2026-cı il mayın 25-də hakim Nikolay Fetisovun sədrliyi ilə Tamara Barulina və Natalya Novikovanın daxil olduğu hakimlər kollegiyası tərəfindən çıxarılıb.

Söhbət 2020-ci il fevralın 22-də axşam saatlarında Zaporojyenin Nijnyaya Xortitsa rayonunda baş vermiş qanlı hadisədən gedir. Həmin vaxt naməlum şəxs 52 yaşlı Sarvan Cəfərova evinin yaxınlığında hücum edərək ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı Cəfərov hadisə yerini tərk edərək "Vitas" kafesi istiqamətində qaçmağa çalışıb, lakin yolda huşunu itirərək yerə yıxılıb. O, təcili tibbi yardım avtomobilində həyatını itirib.

İstintaq Sarvan Cəfərovun qətlində Vüqar Ağayevi ittiham edib. Uzun illərdir şəhərin ərzaq bazarında mövsümi tərəvəz satışı ilə məşğul olan Ağayevin cinayəti şəxsi qisas məqsədilə törətdiyi iddia olunub. İstintaqın versiyasına görə, hadisədən bir qədər əvvəl Vüqarın kiçik qardaşı həmyerliləri tərəfindən döyülüb. İddialara əsasən, həmin hadisə mobil telefonla lentə alınıb və "tərbiyə prosesi"nə şəxsən Sarvan Cəfərov rəhbərlik edib. Bu səbəbdən Vüqar Ağayevin qisas almağa qərar verdiyi, qətldən bir neçə gün sonra isə ölkəni tərk etdiyi bildirilirdi.

Öz növbəsində Vüqar Əfsar oğlu Ağayev bildirib ki, cinayət törədilən vaxt evdə olub. Onun sözlərinə görə, Sarvanın öldürüldüyünü həmin gün saat 22 radələrində siqaret almaq üçün küçəyə çıxanda öyrənib. O deyib ki, hadisədən iki gün sonra qohumunun toyunda iştirak etmək üçün Azərbaycana gəlib. Burada Azərbaycan hüquq-mühafizə orqanları ona Ukrayna tərəfinin onunla maraqlandığını bildirsələr də, həmin vaxt rəsmi saxlanılma və ya ittiham irəli sürülməyib.

Məhkəmə materiallarına əsasən, Vüqar Ağayevə qarşı qətl ittihamı qiyabi qaydada 2020-ci ilin payızında irəli sürülüb. O, beynəlxalq axtarışa verilib və 2024-cü il iyunun 14-də Almaniyanın Mölln şəhərində saxlanılıb. Almaniya hakimiyyəti onun ekstradisiyasına razılıq verib və 2024-cü il oktyabrın 9-da Ağayev Ukraynaya təhvil verilib. Daha sonra o, Çertkov İstintaq Təcridxanasına yerləşdirilib.

Vüqar Ağayev məhkəmə prosesinin bütün mərhələlərində özünü təqsirli bilməyib. O bildirib ki, kiçik qardaşının davranışları səbəbindən özü də dəfələrlə problemlərlə üzləşib və onu qeyri-adekvat insan hesab edib. Bununla yanaşı, Sarvan Cəfərovla həmişə yaxşı münasibətlər saxladığını vurğulayıb.

Müdafiə tərəfinin təqdim etdiyi şahid isə Sarvanın qətlinin məişət zəminində deyil, peşəkar fəaliyyətlə bağlı motivlərdən qaynaqlandığını iddia edib. Onun sözlərinə görə, hadisədən üç gün əvvəl mərhumun hansısa narkotik maddə ilə bağlı Odessa sakinlərinə təxminən 3 milyon qrivna borcu olduğu barədə söhbət eşidib.

İstintaq orqanları isə Vüqar Ağayevin təqsirli olduğunu israrla müdafiə ediblər. Onlar əsas sübut kimi sonradan ifadələrini dəyişən və hadisənin şahidi olan gizli saxlanılan ər-arvadın ifadələrinə istinad ediblər. Həmin şəxslər ilkin mərhələdə Sarvana hücum edən şəxsin üzünü tanımadıqlarını, yalnız onun burnunun xarakterik formasını xatırladıqlarını bildirmişdilər. Bundan başqa, qatilin baş geyiminə bənzədilən tünd rəngli papaq da sübut kimi təqdim olunub.

Lakin məhkəmə kollegiyası istintaqın topladığı bəzi əsas sübutları prosessual pozuntular səbəbindən yolverilməz hesab edib. Nəticədə Vüqar Ağayev "cinayət əməlini məhz onun törətməsinin sübuta yetirilməməsi" əsası ilə bəraət alıb.

Məhkəmə onun məhkəmə zalındaca həbsdən azad edilməsinə qərar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 İyun 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri