Icma.az
close
up
RU
Azərbaycanlı məktəblilər “54 cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

Azərbaycanlı məktəblilər “54 cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 iyun, AZƏRTAC

“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqı (ÜPİ) vasitəsilə kommunikasiya edilən 54-cü Beynəlxalq məktub yazısı müsabiqəsini təşkil edib.

AZƏRTAC-a “Azərpoçt”dan bildirilib ki, Beynəlxalq Dəniz Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) təqdim etdiyi mövzu 2025-ci ilin iyun ayında keçiriləcək BMT-nin Okean Konfransına həsr olunub və “Təsəvvür edin ki, siz okeansınız. Birinə məktub yazın ki, niyə və necə sizə yaxşı baxmalıdırlar” məzmununda müəyyən edilib.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında ekoloji düşüncə tərzinin formalaşdırılması, yaradıcı və yazılı ifadə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onları qlobal ekoloji problemlərə dair şəxsi baxışlarını ifadə etməyə təşviq etməkdir. Belə ki, “Azərpoçt” tərəfindən keçirilən müsabiqədə 9-16 yaşlı, ingilis dilində təhsil alan şagirdlər iştirak ediblər. Mövzu üzrə 60-a yaxın məktəbli müsabiqəyə qoşulub. Təqdim olunan inşalar peşəkar ingilis dili müəllimləri tərəfindən yoxlanılıb. Müsabiqənin şərtlərinə əsasən, hər ölkə ingilis dilində bir inşa təqdim etməli idi. Beləliklə, ən yaxşı nəticə göstərən5-ci sinif şagirdi Aliyə Hüseynzadənin inşası ÜPİ-ninİsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib.

Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev qeyd edib: “Bu təşəbbüs məktəblilər arasında ekoloji şüurun, yaradıcı təfəkkürün və qlobal məsələlərə marağın inkişafına töhfə verməklə yanaşı, onların beynəlxalq səviyyədə özlərini ifadə etmələri üçün platforma yaradır. Azərbaycanlı şagirdlərin bu müsabiqəyə həvəslə yanaşması gələcəkdə ətraf mühitə qarşı məsuliyyətlə yanaşan həssas vətəndaşlarımızın yetişməsindən xəbər verir”.

Tədbirin qonaqlarından olan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov şagirdlərlə ünsiyyət zamanı daima mütaliə etməklə özünüinkişafın vacibliyini vurğulayıb.

Qeyd edək ki, digər şagirdlərin də ölkə daxilində qiymətləndirilməsi “Azərpoçt” tərəfindən həyata keçirilib. Ölkə üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutan şagirdlər, eləcə də qalan bütün iştirakçılar xüsusi hədiyyələr və sertifikatlarla təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri