Azərbaycanlı mütəxəssislər Qazaxıstanda keçirilən beynəlxalq aviadispetçerlər müsabiqəsində iştirak edirlər
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almatı, 16 oktyabr, AZƏRTAC
Almatıda hava hərəkətinin idarəetməsi dispetçerlərinin peşəkar bacarıqları üzrə beynəlxalq müsabiqə keçirilir.
AZƏRTAC Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə yerli mütəxəssislərlə yanaşı, Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın aviasiya təşkilatlarının nümayəndələri iştirak edirlər.
Bu, son yeddi ildə belə miqyasda ilk müsabiqədir – bundan əvvəlki tədbir 2018-ci ilin martında Sankt-Peterburqda keçirilib.
Builki tədbir aeronaviqasiya sahəsində mütəxəssisləri və ekspertləri vahid peşəkar məkanda bir araya gətirərək bütün Avrasiya aviasiya sənayesi üçün əlamətdar hadisəyə çevrilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Oktyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















