Elbay Qasımzadə: VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsində 30 dan çox azərbaycanlı iştirak edir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 1 oktyabr, AZƏRTAC
VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində keçirilən sərgidə dünya memarlarının seçilmiş layihələri ilə bağlı müsabiqəyə start verilib. Lakin müsabiqədə qalib gəlmiş layihələrin Azərbaycanda tətbiqi gündəmdə deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə jurnalistlərə açıqlaması zamanı deyib.
O, qeyd edib ki, əsas məsələ memarların peşəkarlığı və istedadıdır.
“Dünyanın tanınmış memarları seçilmiş əsərlərini müsabiqəyə ona görə göndəriblər ki, dünya miqyasında qiymətləndirilsin. Məni sevindirən odur ki, müsabiqədə 30-dan çox azərbaycanlı memar iştirak edir. Bu da sevindirici hal olmaqla yanaşı yaxşı göstəricidir. Memarlarımız da özlərinə güvənərək başa düşürlər ki, dünya memarlıq məktəbindən heç də geri qalmırlar və inamla müsabiqədə iştirak edirlər”, - deyə Elbay Qasımzadə qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 01 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















