Icma.az
close
up
RU
Azərbaycanlı milyarderin taleyi həll olunur Hər şey bu tarixdə bilinəcək

Azərbaycanlı milyarderin taleyi həll olunur Hər şey bu tarixdə bilinəcək

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Lukoyl” şirkəti ətrafında baş verən son hadisələr böyük maraq doğurur. Böyük Britaniyanın şirkətin xarici aktivlərini müvəqqəti sanksiyalardan azad etməsi, paralel olaraq “Lukoyl”un özünü satışa çıxarması istiqamətində yayılan xəbərlər diqqət çəkib. Bildirilir ki, bu addımlar şirkətin çətin vəziyyətdə olduğunu göstərir.

Xatırladaq ki, Rusiya enerji şirkəti 2025-ci ilin oktyabr ayının ikinci yarısında ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya bloklamasına məruz qalıb. Məhdudiyyətlərdən sonra şirkətin direktorlar şurası xarici aktivlərin satışı üçün təcili alıcı axtarışına çıxıb.

Şirkət batır, yoxsa xilas üçün mübarizə aparır?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, hazırda “Lukoyl”un xarici aktivləri və bank köçürmələrinin həyata keçirilməsi mümkün deyil və bu hal onun fəaliyyətinə mənfi təsir göstərib:

Eyyub Kərimli

“Nəticədə şirkət yeni avadanlıqların alınması və tətbiqi prosesində çətinliklərlə qarşılaşır, həmçinin satış sahəsində problemlər yaşayırdı. Bu isə belə böyük bir şirkət üçün ağır nəticələrə səbəb olurdu. Bəzi hallarda Azərbaycanda belə POS-terminallar vasitəsilə ödənişlərin həyata keçirilməsi mümkünsüz idi. “Lukoyl” bir neçə ölkədə fəaliyyət göstərir, o cümlədən Yaxın Şərqdə nümayəndəliklərə malikdir. Buna görə də indiki vəziyyət şirkətin iqtisadi olaraq ciddi çətinliklərlə üzləşdiyini göstərir. Xarici fəaliyyətin geniş olması da bu prosesə əlavə yük yaradır və şirkətin fəaliyyətini davam etdirməsini mürəkkəbləşdirir. Ümumilikdə, tətbiq edilən sanksiyalar səbəbindən yaranmış bu durum Rusiyanın apardığı müharibə və ona qarşı yönəlmiş maliyyə məhdudiyyətlərinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər”.

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə hər şeyin 13 dekabr tarixində bilinəcəyini vurğulayıb:

İlham Şaban

“Şou düzəltməyin heç bir mənası yoxdur. Biznes niyə batır? Şirkət satır və qazanc əldə edir. Düzdür, bu bazarı itirir, amma o pulları Afrikaya ayıraraq bəlkə daha çox qazana bilər. Yəni hər şey birmənalı deyil”.

Qeyd edək ki, “Lukoyl” neft şirkətinin təsisçisi iş adamı Vahid Ələkbərovdur.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri