Icma.az
close
up
RU
Azərbaycanlı mütəxəssis nüfuzlu ekpsertlər şurasına üzv seçilib

Azərbaycanlı mütəxəssis nüfuzlu ekpsertlər şurasına üzv seçilib

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin avqust ayının 21-də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorogiya Xidmətinin şöbə müdiri, iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq ekspert, dosent Fuad Hümbətov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəfindən Paris Sazişinin 6.4 maddəsinin icrasına normativ nəzarət məqsədilə dünya üzrə 15 ekspertdən ibarət yaradılmış mötəbər şuraya dörd il müddətinə üzv seçilmişdir.

Belə ki, qeyd olunan şura Paris Sazişinin 6.4 Maddəsinin icrası ilə əlaqədar müvafiq qaydaların düzgün icrasına nəzarət məqsədilə xüsusi yaradılmışdır və “Müraciət və Şikayət” (Appeal and Grievance) adlanır.

Məlumat üçün qeyd edək ki, Paris Sazişinin 6.4-cü maddəsi iqlim dəyişmələrinə səbəb olan istixana effekti yaradan qazların emissiyalarının azaldılması, yəni mitiqasiya məqsədilə karbon kreditlərinin ticarəti üçün BMT tərəfindən idarə olunan qlobal karbon bazarını, yəni Paris Sazişinin Kreditləşmə Mexanizmini (Paris Agreement Crediting Mechanism) tənzimləyir. Bu maddə iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq edir, ölkələrə və özəl sektor subyektlərinə öz emissiyalarının azaldılması vahidləri ilə ticarət etməyə imkan verir.

Belə bir mötəbər şuraya üzv seçilmiş F.Hümbətov həm də Azərbaycan Respublikası Sədrliyi və ev sahibliyi ilə 2024-cü ilin noyabr ayının 11-24 tarixlərind müvəffəqiyyətlə təşkil edilmiş COP29-da milli danışıqçılar qrupunun üzvü olmuş və tədbirin hazırlanması, təşkilində fəal iştirakına görə AR Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Maraqlıdır ki, məhz COP29-da Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqları prosesində çox mühüm nəticələr əldə edilmişdir.

Onu da əlavə edək ki, F.Hümbətov 2024-cü ilin aprel ayında BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun ilksədri seçilmişdir. Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni, o cümlədən Fransa və ABŞ-I birləşdirir və bölgədə makroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətin inkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə üzv-dövlətlərə dəstək verir, bu sahələr üzrə dövlətlər arasında əməkdaşlığın inkişafına töhfə verir.

F.Hümbətov həm də İkiillik Şəffaflıq Hesabatları (BTR) hazırlanması üzrə UNFCCC-nin yoxlayıcı beynəlxalq ekspertidir. O, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini və 1994-cü ildə MEA-da aspiranturanı fərqlənmə diplomları ilə bitirmişdir. 1994-cü ilin mayında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir, hazırda doktorluq dissertasiyasını yekunlaşdırır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, həm də Brüssel Azad Universitetinin (Université Libre de Bruxelles), Avropa Beynəlxalq Münasibətlər İnstitutu nəzdindəki Diplomatiya Akademiyasının (Belçika) və UNFCCC nəzdində GHG İdarəçilik İnstitutunun (GHG Management İnstitute) məzunudur.

F.Hümbətov İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPPC) və “Horizon Europe” proqramının Milli Əlaqələndiricisidir. O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir, dayanıqlı inkişaf, iqlim dəyişmələri, enerji diplomatiyası üzrə 80-dən artıq məqalə və 4 monoqrafiyanın müəllifidir. 2025-ci ildə onun AR-də ilk dəfə iqlim diplomatiyasi üzrə dərsliyi işıq üzü görmüşdür.

Bununla yanaşı, F.Hümbətov 2002-2009-cu illərdə AR Xarici İşlər Nazırliyində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Belə ki, 2002-ci ildə ATƏT-in Gürcüstan Respublikasındakı Müşahidə Missiyasının tərkibində fəaliyyət göstərmiş, 2002-2009-cu illərdə isə AR-in Belçika Krallığındakı Səfirliyinin və Avropa Birliyi yanında Daimi Nümayəndəliyinin birinci katibi vəzifəsində çalışmışdır. O, “Xocalı faciəsinin” Avropa Komissiyası tərəfindən tanınması (2008), erməni diasporasına qarşı “Le pouvoir du Lobby” kitabının hazırlanması və yayılması (2006), Haaqa şəhərində “Xocalı qurbanları” abidəsinin ucaldılması və diaspora mövqeyindən digər fəaliyyətlərə bilavasitə rəhbərlik etmişdir(https://az.wikipedia.org/wiki/Fuad_H%C3%BCmb%C9%99tov)

2024-cü ildə UNEP tərəfindən Emissiya Boşluqları Hesabatının (EGR) hazırlanmasında rəyçi və Rəhbər Komitənin üzvü kimi iştirak etmişdir.

O, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı (2023), yubiley medalı, fəxri fərman və digər mükafatlarla təltif edilmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri