Şamaxinkadakı lift nə vaxt işləyəcək?
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə yerləşən yerüstü piyada keçidinin lifti aylardır işləmir.
Milli.Az xəbər verir ki, vətəndaşların sözlərinə görə, liftin uzun müddətdir işləməməsi xüsusilə yaşlılar, fiziki məhdudiyyətli şəxslər, eləcə də azyaşlı uşaqları olan valideynlərin işlərin çətinləşdirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, qurum yaranmış problemdən xəbərdardır.
Qeyd olunub ki, aparılmış baxış zamanı liftin fəaliyyətinin bərpası üçün müvafiq ehtiyat hissəsinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilib.
"Zəruri ehtiyat hissəsinin xaricdən sifarişi həyata keçirilir. Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Ehtiyat hissəsi ölkəyə gətirildikdən sonra quraşdırılacaq və liftin yenidən istismara verilməsi təmin ediləcək", - deyə qurumdan bildirilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Noyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















