Azərbaycanlı pilot Portuqaliya kubokunun qalibi olub
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı pilot Davin Cəfərov EK125 CC kateqoriyası üzrə Portuqaliya kubokunun qalibi olub. Sport24.az xəbər verir ki, 16 yaşını sentyabrda qeyd edəcək təmsilçimiz "Bombarral İnernational Kartodromo Oeste"də keçirilən yarışda bütün rəqiblərini üstələyib.
Portuqaliya kubokunun 1-ci mərhələsində qalib olan pilotumuz 2-cü yürüşdə ikinciliklə kifayətlənib. Final xarakterli 3-cü mərhələdə də finişə hamıdan öndə çatan Davin kuboka yiyələnib.
Bununla da idmançımız Avropa çempionatına yeganə vəsiqəyə sahib çıxıb. O, qitə arenasında "BirelAreti" komandasını və Portuqaliyanı təmsil edəcək.
Qeyd edək ki, Davinin növbəti sınağı mayın sonunda olacaq. O, Palmela Beynəlxalq Trekində X30 kateqoriyasında çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 29 Aprel 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















