Azərbaycanlı qolkiperi İspaniya klubları istəyir Özü Barselona da qalmağı planlaşdırır
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Barselona"nın B komandasında oynayan Eldar Tağızadənin xidmətində maraqlı olan klublar var.
Sportal.az saytına verilən məlumata görə, 22 yaşlı qolkiper İspaniyanın “İbiza” klubunun diqqətini çəkib.
Belə ki, bu klub azərbaycanlı qolkiperi qışa qədər icarəyə götürməyi planlaşdırır. Lakin qolkiper özü “Barselona” B komandasında qalmağı və yeni mövsümə məhz bu komandada başlamağı planlaşdırır.
Qeyd edək ki, “Barselona” B komandasının çıxış etdiyi 3-cü liqada mövsümə sentyabrın 7-də start veriləcək. Onun formasını geyindiyi klub evdə “Porreres”lə qarşılaşacaq.
Eldar 2026-cı il iyunun 30-na qədər Kataloniya klubuna məxsusdur. Əlavə edək ki, azərbaycanlı futbolçu 2024-cü il avqustun 10-da "Barselona"ya keçib. O, ötən mövsüm icarə əsasında "Tudelano"nun qapısını qorumuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Avqust 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















