Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir birinin övladını xilas etdi (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Türkiyədə iki ailənin həyatını dəyişən duyğusal hadisə baş verib.
Milli.Az xəbər verir ki, Kahramanmaraş və Yozqatdan övladlarının müalicəsi üçün Ankaraya gələn ailələr xəstəxanada tanış olublar. Uşaqlarının böyrək transplantasiyasına ehtiyacı olduğunu öyrənən atalar bir-birinə dəstək olmaq qərarına gəliblər.
Beləliklə, atalar öz övladlarına deyil, qarşı tərəfin uşağına böyrək donoru olmaqla çarpaz transplantasiyanın həyata keçirilməsinə şərait yaradıblar.
Uğurlu əməliyyat nəticəsində 1,5 yaşlı Hatice Duru və 8 yaşlı Hatice Mehlika sağlamlıqlarına qovuşmaq üçün yeni şans əldə ediblər.
Xəstəxanada başlayan bu tanışlıq iki uşağın həyatını dəyişən nümunəvi həmrəyliyə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 11 Noyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















