Icma.az
close
up
RU
Azərbaycanlı rejissor aktrisanı təhqir edib, ölümlə hədələyib? “Məni o həddə özü çatdırdı” FOTO+ÖZƏL

Azərbaycanlı rejissor aktrisanı təhqir edib, ölümlə hədələyib? “Məni o həddə özü çatdırdı” FOTO+ÖZƏL

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rejissor Faiq Nağıyevin aktrisa Nuranə Vaqifqızına ədəbsiz hərəkətlər etdiyi deyilir. Bu haqda məlumat sosial şəbəkələrdə paylaşılıb. Rejissorun aktrisanı hətta ölümlə də hədələdiyi haqda məlumatlar dolaşır.

Söz-söhbətlərə aydınlıq gətirmək üçün adıçəkilən rejissorla əlaqə saxladıq. Moderator.az-a açıqlama verən Faiq Nağıyev bütün bu hadisələrin “Vita min” filminin çəkilişi zamanı baş verdiyini bildirib:

“Artıq bir müddətdir ki, “Vita min” filminin çəkilişlərinə başlamışıq. Filmin layihə rəhbəri və quruluşcu rejissoru mənəm. Ekran işində xalq artistimiz, gözəl aktrisamız Naibə Allahverdiyeva başda olmaqla əməkdar artist İqrar Salamov, aktyorlar Samir Abbasov, Natiq Fərzəliyev, Sevinc Məmmədova, Nərmin Əliyeva və s. sənətçilər çəkilir. Hər biri də peşəkardır. Filmin Bakı səhnələri tamamlanandan sonra İsmayıllıda çəkdik, daha sonra isə Astaraya yollandıq. Nuranə xanım Masazırda, İsmayıllıda çəkildi, Astarada bizimlə oldu. Nuranə xanım aktrisalıqdan çox dedi-qodularla məşğul olan bir xanım imiş. Bunu mən özüm-özümdə artıq aydınlaşdırdım. Biz Astaraya getdik, orada şərait uyğun olmadığı üçün mən daha gözəl, daha müasir bir oteldə yer ayarladım. Otelə yerləşəndən sonra bütün problemlər ortalığa çıxdı. Sənətçilərin hər birini də ayrı-ayrı mərtəbələrdə və ayrı-ayrı otaqlarda yerləşdirmişəm və özüm isə 5-ci mərtəbədə qalmışam. Hamını otaqlarda yerləşdirib razı salandan sonra çəkiliş meydançasına yollanmışıq, heyətin yarısı isə oteldə qalıb. Çəkilişdə olanda mənə sənətçilərdən biri zəng etdi ki, burada ayaqyolu ümumidir.. Dedim ki, gəlim qaydasına qoyaram. Məni də başa düşmək lazımdır ki, gecə saat 3-4 arası çəkilişdən qayıtmışam. Məlum oldu ki, o aktrisanın narazı olmasına səbəb də Nuranə xanımdır. Səhər açıldı, gördüm ki, Nuranə xanım yenə də qeybətindən, “dır-dır”-ından geri qalmır. Öz qulağımla eşidirəm ki, deyir “Naibə xanım, siz xalq artistisiniz, rejissor özü vip otaqda qalır, sizə görün haranı verir”. Əlbəttə ki, sevimli aktrisamız Naibə xanım bu lazımsız, yersiz söz-söhbətlərə fikir vermirdi. Nuranə xanım dəfələrlə Naibə xanım və ətrafındakı sənətçilərə lori dildə desək “tırka” vermək istəsə də heç kim ona uymur. Bu boyda kollektivdən necə olur ki, təkcə Nuranə xanım narazı qalır? Bütün bu söz-söhbətlər mənim çəkdiyim filmə kölgə salmaq məqsədi daşıyırdı. Mən bilmədim ki, Nuranə xanım ora çəkilməyə gəlmişdi yoxsa söz-söhbət yaratmağa? O ki, qaldı mənim kobud davranmağıma.. Biz belə danışmışdıq ki, Masallıda çəkilişi edəndən sonra onu Bakıya yola salacam. Bu insan çəkilməmiş durub hazırlaşıb ki, “məni yola salın, gedirəm”. Yalvar-yaxar, xahiş edirəm çəkilin sonra gedin. Bütün bu yalvarışlarıma baxmayaraq əlində çamadan aşağı düşür. Mən yalvardıqca o daha da üstümə gəlir. Axı mən də insanam, mənim də səbrimin bir həddi-hüdudu var. Bu zaman çantanı əlindən almışam və demişəm ki, gəlin oturun maşına, bu yorğun halımla divara-daşa dəyə-dəyə sizi özüm Bakıya aparacam. Məni sadəcə o həddə çatdırdı. Onu heç bir ölümlə hədələməmişəm və söyüş söyməmişəm. İndi mənim suallarıma cavab versin. Nuranə xanım çalışdığı teatrda bəlkə hamamı, ayaqyolusu ayrı olan bir yerdə işləyir? Nuranə xanım öz evində gecə saat 2-də zəng edib pizza sifariş etmişdi? Nə oldu mənim çəkilişim gəldi, o bu həvəsə düşdü? Niyə Nuranə xanım öz bacarıqsız aktrisalığından danışmır? Robot kimi danışıb oynayır. Ona görə səhnəni 8-9 dubla çəkirdim. Lap tutaq ki, mən vip otaqda qalmışam. İstəyərəm vip-də qalaram, istəyərəm villada. Bundan sənə nə? Bəlkə teatr qastrollarına gedəndə o vip otaqda qalır xəbərimiz yoxdur? Ona qalsa əməkdar artist İqrar müəllim, bir başqa aktyor “raskladuşka”-da yatırdı. O dillənsin də! Nəticədə oteldəki səhnələr çəkilmədi və mən əlavə xərcə düşdüm”.

Moderator.az olaraq aktrisa Nuranə Vaqifqızının mövqeyini də dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri