Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları “Kahpe” adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələri olub.
İstanbul Respublika Baş Prokurorluğu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) daxil olan şikayətlər əsasında araşdırmaya başlayıb. İstintaq zamanı mahnının sözlərinin zorakılığı təşviq etdiyi iddia olunub. Klipdə isə dörd nəfərin yerdə uzanan bir şəxsi döyməsini əks etdirən görüntülər diqqətə çatdırılıb.
Prokurorluq Lvbel C5 adı ilə tanınan Süleyman Burak Bodur, Alizade kimi məşhurlaşan Asya Alizade və bəstəkar Can Akdoğan haqqında “açıq şəkildə cinayət törətməyə təhrik etmə” ittihamı ilə 5 ilədək həbs cəzası tələb edib. Məhkəmə ittiham aktını qəbul edib.
İstintaq çərçivəsində ifadə verən Lvbel C5 ittihamları rədd edib. O, mahnının sözlərinin bədii təxəyyül məhsulu olduğunu və heç kimi cinayətə təhrik etmək niyyətinin olmadığını bildirib. Reper klipin xaricdə əcnəbi rejissor tərəfindən çəkildiyini və görüntülərə görə məsuliyyət daşımadığını iddia edib.
Bəstəkar Can Akdoğan isə mahnının sözlərinin mənasını bilmədiyini və klipdəki zorakılıq səhnələri ilə əlaqəsinin olmadığını söyləyib. Alizadenin isə xaricdə olması və Türkiyəyə girişinə 5 illik qadağa qoyulması səbəbindən ifadəsi alına bilməyib. Azərbaycanlı reper vəkili vasitəsilə yazılı müdafiəsini təqdim edib.
İstintaqın əvvəlki mərhələsində Lvbel C5-in həbs olunması tələb edilsə də, məhkəmə bu tələbi rədd edib. Onun barəsində ölkədən çıxış qadağası, polis bölməsində mütəmadi imza vermək kimi məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Hazırda iş üzrə məhkəmə prosesi gözlənilir. Təqsirləndirilən şəxslər barəsində yekun hökm çıxarılmayıb.
Qeyd edək ki, əsl adı Asya Alizade olan reper Azərbaycan əsillidir. O, 2000-ci ildə Azərbaycanda anadan olub. Türkiyədə musiqi karyerasını davam etdirən Alizade rep və hip-hop janrında ifaları ilə məşhurlaşıb. Xüsusilə sosial şəbəkələrdə yayılan mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Noyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















