“Gəncəbasar” “fırtınası”, Açiminin hegemonluğu
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan I Liqasında 7 tur geridə qalıb. Çempionatda həm liderlər qrupunda gərginlik, həm də oyunçuların fərdi məhsuldarlığı müşahidə olunur.
Bəzi komandalar hələ də eyni sayda oyun keçirməyiblər. “Şahdağ Qusar” və “Mingəçevir” hələ ki 6 matçda qüvvəsini sınayıb. Bunun əsas səbəbi isə mingəçevirlilərin futbolçularının “Şahdağ Qusar”la oyuna çıxmaqdan imtina etməsi olub. Buna baxmayaraq, Qusar təmsilçisi zirvə yarışından qopmayıb.
Turnir cədvəlinin ilk pillələrində sıxlıq diqqət çəkir. “Gəncəbasar” keçirdiyi matçlarda topladığı 16 xal və vurduğu 19 qol ilə liderliyə yüksəlib. Aktivində 15 xal və 14 qol olan “Şahdağ Qusar” isə bir oyun əskik keçirməsinə baxmayaraq, ikinci pillədə qərarlaşıb.
MOİK 14 xal (13 qol), “Karvan” 13 xal (14 qol) və “Səbail” isə 12 xal (10 qol) ilə liderləri yaxından izləyirlər.
Liqanın sərt mübarizə fonunda fərdi məhsuldarlıq baxımından bir nəfər bütün rəqiblərini açıq-aydın qabaqlayır. “Gəncəbasar”ın hücumçusu Dileyn Açimi rəqib qapılarına vurduğu 8 qol ilə bombardirlər yarışının şəriksiz lideridir. O, komandasının vurduğu qolların, demək olar ki, yarısına birbaşa imza atıb.
İkinci pillədə qərarlaşan “Şahdağ Qusar”ın legioneri Jose Kristovao Zenqo 4 qol vurub. Onları isə hərəyə 3 dəfə fərqlənən Onyekaçi Silas (“Karvan”), Mehrac Baxşəli (“Şahdağ Qusar”), Niyazi Osmanov (“Şimal”), Samir Abdullayev (“Karvan”) və Yan Səid (“Səbail”) izləyir.
Ayxan Zayıdzadə
Baxış sayı:70
Bu xəbər 13 Noyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















