Azərbaycanlı rəssamın ABŞ də fərdi sərgisi açılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqton, 18 avqust, AZƏRTAC
Azərbaycanlı rəssam Vüqar Quliyevin ABŞ-də “Tənhalığın əks-sədaları” (“Echoes of Solitude”) adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-nin Aleksandriya şəhərində yerləşən İncəsənət Liqası (The Art League) adlanan qalereyada açılan sərgidə rəssamın müasir həyatdakı müşahidələrindən qaynaqlanan 17 əsəri nümayiş etdirilir. Rəsm əsərlərində insanlar arasındakı bağlılıq və məsafə, mövcudluq və yoxluq, eləcə də insanın daxili dünyası və yaşantıları ön plana çıxır.
Sentyabrın 6-dək davam edəcək sərgi ilə İncəsənət Liqasının onlayn qalereyasında da tanış olmaq mümkündür.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
03 May 2026 16:08
Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
20 İyun 2025 23:09
Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb
03 Mart 2025 18:35
Moskvada tanınmış azərbaycanlı rəssamın sərgisi açılıb
15 Noyabr 2024 11:18
Baxış sayı:122
Bu xəbər 18 Avqust 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















