Azərbaycanlı şair dünyasını dəyişdi
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Filoloq, yazıçı-publisist, şair Qədiməli Əhməd dünyasını dəyişib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Qədiməli Mahmud oğlu Ağayev 1957-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. Pepperoni pizza
Bədii, elmi və publisistik yazıları müxtəlif illərdə “Bolluq uğrunda”, “Kənd soveti”, “Lerik”, “Azad təfəkkür”, “Qanun və zəka” və digər qəzetlərdə, eləcə də “Kənd əməkçisinin təqvimi”, “Təbiət”, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Məşəl”, “Yazı” və başqa jurnallarda dərc olunub.
Qədiməli Əhməd səkkiz kitabın və əlliyə yaxın elmi-publisistik məqalənin müəllifidir. “Hara tələsirsən, durna qatarı”, “Tənha kölgə”, “Dünyamın dünyası” kimi şeir və poemalar kitabları, həmçinin “Bəyaz saçların yaşıl işığında” və “Elm və zəka işığında” adlı publisistik əsərləri var.
Şair Xalid Mahmudun atasıdır.
Baxış sayı:81
Bu xəbər 14 Sentyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















