Icma.az
close
up
RU
Azərbaycanlı sənətçi “Istanbul Autumn Festival” müsabiqəsinin münsiflər heyətinin fəxri üzvü olub AZƏRTAC

Azərbaycanlı sənətçi “Istanbul Autumn Festival” müsabiqəsinin münsiflər heyətinin fəxri üzvü olub AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

İstanbulda Qazaxıstan, Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Yunanıstan və digər ölkələrdən istedadlı iştirakçıları bir araya gətirən “Istanbul Autumn Festival” beynəlxalq festival-müsabiqə keçirilib.

AZƏRTAC xəbər verir ki, münsiflər heyətinin Azərbaycanı təmsil edən fəxri üzvü tanınmış azərbaycanlı və rusiyalı rəqqas, “World Dance Olympiad”ın mütləq çempionu, üç dəfə “Rusiyanın ən yaxşı solisti” titulunun sahibi Fərid Kazakov olub.

Açılış nitqi ilə çıxış edən Fərid Kazakov ölkələr arasında beynəlxalq mədəni əməkdaşlığın əhəmiyyətini qeyd edib, həmçinin Azərbaycanın zəngin yaradıcılıq irsindən, onun nümayəndələrinin yeni istedadlarının üzə çıxarılmasına və inkişaf etdirilməsinə yardım etməyə hazır olmasından danışıb.

“Hər dəfə Azərbaycanı beynəlxalq arenada təmsil edəndə qürur hissi keçirirəm! Zəngin tariximiz, mədəni və yaradıcı irsimiz haqqında danışmaq çox xoşdur. Bu miqyasda beynəlxalq yarışları qiymətləndirmək həmişə böyük məsuliyyətdir, ölkənizi təmsil edərkən bunu etmək isə ikiqat məsuliyyətdir.

Yeni mövsümdə İstanbulda adımı daşıyan beynəlxalq gimnastika və rəqs akademiyası açmaq, həmçinin Türkiyənin ən yaxşı bədii gimnastika məktəblərindən biri olan “Elita Gymnastik Sport Club” ilə əməkdaşlıq təklifi aldım. Burada mən bir çox quruluşlarımı, o cümlədən Qara Qarayev, Şövkət Ələkbərova, Arif Məlikov və sənətimizin digər korifeylərinin musiqisinə Azərbaycan quruluşlarını realizə edə bilmişəm. İndi gimnastika və rəqs sahəsində Azərbaycan və Türkiyə arasında bağlantı olduğum üçün şadam!”

Müsabiqənin təşkilatçıları münsiflər heyəti üzvlərinin yüksək peşəkarlığını qeyd edərək, onları “Təşəkkürnamə diplomları” və xatirə hədiyyələri ilə təltif ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see226

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see224

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see193

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see189

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see187

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see167

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see153

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see153

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see148

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see136

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see134

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see128

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see128

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see127

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri