Icma.az
close
up
RU
Azərbaycanlı tələbələrin hazırladığı “Lumio” platforması psixoloji yardımı hər kəs üçün daha əlçatan edir

Azərbaycanlı tələbələrin hazırladığı “Lumio” platforması psixoloji yardımı hər kəs üçün daha əlçatan edir

Icma.az, Azertag saytına istinadən bildirir.

“TEKNOFEST 2025”də “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə xüsusi nominasiyada “Ən yaxşı təqdimat” mükafatına layiq görülüb

Bakı, 24 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsinin kapitanı olduğu “Lumio” komandası Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST 2025” yarışmasının finalında uğurla çıxış edib.

“TEKNOFEST-2025” Aerokosmik və Texnologiya Festivalında BANM-in informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Elmir Hacızadənin kapitanı olduğu “Lumio” komandası 565 mindən çox komanda arasından seçilərək “Ən yaxşı təqdimat” mükafatına layiq görülüb. Finalda 32 komanda ilə mübarizə aparan “Lumio” komandası “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə xüsusi nominasiyada “Ən yaxşı təqdimat” mükafatı ilə təltif edilib.“Lumio”nun məqsədi yalnız texnologiya təqdim etmək deyil, həm də insanların həyatında real fərq yaratmaqdır. Bu uğur gənc mütəxəssislərin elmi bilik və texnologiyanı birləşdirərək insan həyatını xilas edən həllər yarada biləcəyini bir daha sübut edir. Komandanın üzvləri Milli Aviasiya Akademiyasının tələbəsi Amal Mirzəyev, ADA Universitetinin tələbəsi Şamil Abbasov, ABŞ-ın Kolumbiya Universitetinin tələbəsi Əziz Zeynallıdır.

Elmir Hacızadə AZƏRTAC-a müsahibəsində yarışmaya təqdim etdikləri “Lumio: Süni intellekt əsaslı psixoloji dəstək platforması” layihəsi barədə məlumat verib. O qeyd edib ki, “Lumio” – gənclər tərəfindən hazırlanmış, süni intellektlə fəaliyyət göstərən psixoloji dəstək platformasıdır. Layihənin əsas məqsədi psixoloji yardımı hər kəs üçün daha əlçatan, anonim və əlverişli etməkdir. Dünyada hər il yüz minlərlə insan depressiya, stres və digər psixoloji problemlərlə mübarizə aparır, lakin onların böyük əksəriyyəti peşəkar kömək ala bilmir. “Lumio” bu problemi innovativ yanaşma ilə həll edir – 24/7 rejimində fərdiləşdirilmiş, süni intellekt əsaslı videoterapiya seansları, real vaxtda SOS aşkarlama sistemi və 25-dən çox dildə dəstək imkanları təqdim edir.

“Platforma CBT və DBT kimi klinik terapiya modellərinə əsaslanır və istifadəçilərin emosional vəziyyətini izləyərək fərdi inkişaf planı yaradır. “Lumio”, həmçinin mütəxəssislərlə əməkdaşlıq edərək etik standartlara uyğunluğu və istifadəçi təhlükəsizliyini təmin edir. Real vaxt rejimində emosional böhran əlamətləri aşkarlanarsa, sistem dərhal müvafiq yardım xətləri və xidmətləri ilə əlaqə qurur”, - deyə E.Hacızadə bildirib.

Builki “TEKNOFEST” yarışması miqyasına görə rekord göstəricilərlə yadda qalıb. Belə ki, 96 ölkədən müraciət edən 565 min 776 komanda və 1 milyondan artıq iştirakçı arasında yalnız 13 min komanda final mərhələsinə yüksəlmək imkanı qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri