Icma.az
close
up
RU
Azərbaycanlı turistlərin nəyə pul xərclədiyi məlum oldu

Azərbaycanlı turistlərin nəyə pul xərclədiyi məlum oldu

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2021–2025-ci illərin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərləri etmiş şəxslərin sayında davamlı artım qeydə alınıb.

Media Təhlil Mərkəzindən (MTM) BAKU.WS-ə daxil olan məlumata görə, pandemiyadan sonrakı dövrdə bu artım daha aydın şəkildə müşahidə olunub.

Belə ki, 2021-ci ilin müvafiq dövründə ölkədaxili turizm səfərləri edən şəxslərin sayı 2,55 milyon nəfər təşkil edib. 2022-ci ildə bu göstərici 32,7% və ya 0,83 milyon nəfər artaraq 3,38 milyon nəfərə yüksəlib. 2023-cü ildə artım tempi nisbətən zəifləsə də, ölkədaxili turizm səfərləri edənlərin sayı 18,8% və ya 0,64 milyon nəfər artaraq 4,02 milyon nəfər səviyyəsində formalaşıb. 2024-cü ilin yanvar–sentyabr aylarında daxili turizmə maraq artmaqda davam edib və səfər edənlərin sayı 11,5% və ya 0,46 milyon nəfər artaraq 4,48 milyon nəfərə çatıb. 2025-ci ilin eyni dövründə isə artım daha məhdud olub – 3,7% və ya 0,17 milyon nəfər. Nəticədə ölkədaxili turizm səfərləri edən şəxslərin sayı 4,65 milyon nəfərə yüksəlib.

Ümumilikdə, cari ilin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərləri etmiş şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon nəfər və ya 82%-dən çox artıb. Bu dinamika daxili turizmin tədricən stabilləşmə mərhələsinə daxil olduğunu göstərir.

2021–2025-ci illərin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərlərinin cins strukturu üzrə kişi və qadınlar arasında nisbətən balanslı, lakin mərhələli şəkildə dəyişən dinamika müşahidə olunur.

Belə ki, 2021-ci ilin müvafiq dövründə ölkədaxili turizm səfərləri edənlərin 57,8%-i kişilərdən, 42,2%-i isə qadınlardan ibarət olub. 2022-ci ildə kişilərin payı 54,9%-ə enib, qadınların payı isə 45,1%-ə yüksəlib. 2023-cü ildə kişilərin payı yenidən artaraq 55,8% təşkil etsə də, 2024-cü ilin yanvar–sentyabr aylarında bu göstərici 54,6%-ə düşüb, qadınların payı isə 45,4%-ə çatıb. 2025-ci ilin müvafiq dövründə isə ölkədaxili turizm səfərlərində qadınların payı son beş ilin ən yüksək səviyyəsinə qalxaraq 46,4% olub, kişilərin payı isə 53,6%-ə enib.

Ümumilikdə göstəricilər son illərdə ölkədaxili turizm səfərlərində qadınların iştirakının nəzərəçarpacaq dərəcədə artdığını göstərir. Xüsusilə 2025-ci ilin yanvar–sentyabr aylarında bu fərq əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə daha aydın şəkildə müşahidə olunur.

2021–2025-ci illərin yanvar–sentyabr ayları üzrə ölkədaxili turizm göstəricilərində ardıcıl artım müşahidə olunub. Belə ki, 2021-ci ilin müvafiq dövründə ölkədaxili turizm səfərlərinin sayı 10,3 milyon təşkil edib. 2022-ci ilin yanvar–sentyabr aylarında bu göstərici 33,3% və ya 3,5 milyon vahid artaraq 13,8 milyon səviyyəsinə yüksəlib. 2023-cü ilin eyni dövründə ölkədaxili turizm səfərlərinin sayı 21% və ya 2,9 milyon vahid artaraq 16,7 milyon olub. 2024-cü ilin yanvar–sentyabr aylarında daxili turizmdə canlanma davam edib və səfərlərin sayı 11,3% və ya 1,8 milyon vahid artaraq 18,5 milyon səviyyəsinə çatıb. 2025-ci ilin yanvar–sentyabr aylarında isə artım tempi nisbətən zəifləyib. Buna baxmayaraq, ölkədaxili turizm səfərlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7% və ya 0,9 milyon vahid artaraq 19,4 milyon təşkil edib.

Ümumilikdə, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərlərinin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon vahid və ya 88% artıb ki, bu da son illərdə daxili turizmə marağın davamlı şəkildə yüksəldiyini göstərir.

2025-ci ilin yanvar–sentyabr ayları üzrə ölkədaxili turizm səfərlərinin məqsədlər üzrə bölgüsü göstərir ki, əsas pay istirahət məqsədli səfərlərə aid olub. Belə ki, bu kateqoriya ümumi səfərlərin 44,1%-ni təşkil edib.

Qohumlara və dostlara baş çəkmə məqsədli səfərlər 33,9% ilə ikinci yerdə qərarlaşıb. Müalicə və sağlamlıq məqsədli səfərlərin payı təxminən 6,8%, işgüzar səfərlərin payı 9,2%, dini ziyarət məqsədli səfərlərin payı isə 1% səviyyəsində olub. Digər məqsədli səfərlər ümumi səfərlərin 5,1%-ni təşkil edib.

Ümumilikdə, 2025-ci ildə ölkədaxili turizm səfərlərinin böyük hissəsi istirahət və sosial xarakterli məqsədlər hesabına formalaşıb, digər səfər məqsədləri isə ümumi strukturda nisbətən məhdud payla təmsil olunub.

2025-ci ilin yanvar–sentyabr ayları üzrə ölkədaxili turizm səfərlərinin məqsədlər üzrə xərclər strukturuna nəzər yetirdikdə, ən yüksək xərcin "malların və hədiyyələrin alınması" istiqamətində qeydə alındığı görülür. Belə ki, bu məqsəd üzrə xərclər 1,18 mlrd manat təşkil edib ki, bu da müvafiq dövr ərzində çəkilən ümumi xərclərin 25,86%-nə bərabərdir. Müvafiq dövr üzrə ikinci ən böyük xərc istiqaməti "qidalanma" olub. Bu sahədə xərclər 1,11 mlrd manat təşkil etməklə ümumi xərclərin 24,29%-ni formalaşdırıb. "Yerləşmə" məqsədli xərclər 0,85 mlrd manat olmaqla ümumi xərclərin 18,57%-ni təşkil edib. "Nəqliyyat xidmətləri" üzrə xərclər 0,68 mlrd manat səviyyəsində qeydə alınıb ki, bu da ümumi xərclərin 15,01%-nə bərabərdir. "Digər məqsədli" xərclər isə 0,74 mlrd manat olmaqla ümumi xərclərin 16,27%-ni təşkil edib.

Ümumilikdə, xərclər strukturunda əsas pay istehlak və gündəlik tələbat xarakterli istiqamətlərin payına düşüb ki, bu da ölkədaxili turizmin iqtisadi təsirinin geniş spektrini əks etdirir.

Qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədaxili turizm məqsədilə Bakı şəhərinə səfərlərin sayı 8,75 milyon təşkil edib. Bu göstərici müvafiq dövrdə qeydə alınan ümumi ölkədaxili turizm səfərlərinin 45,1%-nə bərabərdir. Digər ərazilərə səfərlərin sayı isə 10,66 milyon olmaqla ümumi səfərlərin 54,9%-ni təşkil edib.

"Digər ərazilər" üzrə səfər edilmiş ilk 10 bölgənin göstəricilərinə nəzər yetirdikdə, 2025-ci ilin yanvar–sentyabr aylarında ən çox səfər edilən yerin (715 134) Qəbələ rayonu olduğu müşahidə edilir. Bu siyahıda ikinci yerdə 707 061 səfərlə Quba rayonu, üçüncü yerdə isə 672 519 səfərlə Qusar rayonu qərarlaşıb. Sözügedən bölgələrə səfərlərin çox olmasının əsas səbəbləri təbiətinin zəngin və müxtəlif olması, turizm infrastrukturunun inkişaf etdirilməsi, əlçatanlıq və ilin bütün fəsillərinə uyğun istirahət və məşğuliyyət imkanlarının mövcudluğu ilə əlaqələndirilir.

2025-ci ilin yanvar–sentyabr aylarında ən çox səfər edilən digər bölgələr sırasında ardıcıllıqla Xaçmaz rayonu (666 614), Abşeron rayonu (607 760), Sumqayıt şəhəri (540 855), Gəncə şəhəri (404 555), Lənkəran rayonu (365 269) və İsmayıllı rayonu (335 883) yer alır. Müvafiq dövr üzrə səfərlərin sayına görə ilk onluqda 10-cu pillədə isə 331 342 səfərlə Şuşa şəhəri qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Dekabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri