Icma.az
close
up
RU
Azərbaycanlılar dollar yığmağa başlayıb: NİYƏ?

Azərbaycanlılar dollar yığmağa başlayıb: NİYƏ?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu ilin martın 1-nə Azərbaycan banklarında əhalinin xarici valyutada olan əmanətləri illik müqayisədə 4,59 % artaraq 4,903 milyard manata çatıb.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.Bildirilib ki, onların fiziki şəxslərin əmanətlərinin ümumi həcmindəki xüsusi çəkisi 33,05 % təşkil edib. Bu ilin əvvəlindən xarici valyutada əmanətlərin həcmi 0,58 % azalıb. Bir il əvvəl onların payı 31,97 %, 2025-ci ilin əvvəlində isə 33,63 % idi.Əhalinin bank əmanətlərinin (fərdi sahibkarların vəsaitləri də daxil olmaqla) ümumi həcmi martın 1-nə illik müqayisədə 11,82 %, ilin əvvəlindən isə 1,19 % artaraq 14,835 milyard manata çatıb.

Milli valyutada əmanətlər il ərzində 15,77 %, ilin əvvəlindən isə 2,08 % artaraq 9,932 milyard manat təşkil edib ki, bu da bütün əmanətlərin 66,95 %-nə bərabərdir.Hesabat dövründə rezidentlərin əmanətləri 13,59 milyard manata, qeyri-rezidentlərin əmanətləri isə 1,328 milyard manata çatıb. İl ərzində rezidentlərin əmanətləri 13,23 % artıb, qeyri-rezidentlərin əmanətləri isə 1,53 % azalıb. İlin əvvəli ilə müqayisədə azalma müvafiq olaraq 1,92 % və 6,21 % təşkil edib. 

Azərbaycan banklarında əmanətlərin və depozitlərin ümumi həcmi 2025-ci il martın 1-nə 40,42 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,79 %, cari ilin əvvəli ilə müqayisədə isə 0,37 % çoxdur. Azərbaycanda əhalinin əmanətlərinin dollarlaşması təxminən 5 % artıb.

Maraqlıdır, əhalinin dollara marağı niyə artıb?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, dollara olan marağın iki səbəbi var:

“Birincisi, insanlarda manatla bağlı narahatlıq var. Bunun əsaslı olub-olmamasına hazırda qiymət vermirəm. Ancaq müxtəlif gözlənti, söz-söhbət, şayiələr var. Bu da təbii ki, dünya iqtisadiyyatında olan problemlər, Azərbaycanda neft hasilatının azalması kimi amillər insanlarda belə düşünməyə əsas verir.Ona görə də manatda əmanət qoymağa çəkinirlər. Halbuki manat əmanətləri üzrə faizlər xarici valyutada əmanət faizindən yüksəkdir. 

İkincisi, dollar əmanətləri üzrə faizlər də artıb. Əgər əvvəlki illərdə 1 faiz idisə, indi 2,5-3 faizdir. Ona görə də insanlar xarici valyutada qoymağa daha maraqlıdır ki, manatdan az olsa da, həm faiz gəliri artıb, həm də manatla bağlı hər hansı təhlükədən qorumuş olurlar”.  
Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: dollar yığmaq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri