“Azərbaycanlılar futbolun elə də böyük fanatı deyillər” Almeyda
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki “YouTube” kanalında yayımlanan “Exclusiva TSP” rubrikasında sualları cavablandıran 36 yaşlı yarımmüdafiəçi Braziliya və Azərbaycandakı azarkeş mədəniyyəti arasında fərqlərdən danışıb:
“Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyillər. Ancaq Avropa Liqasında və ya Çempionlar Liqasında oynayanda stadion dolurdu. Yerli liqada isə yalnız derbi oyunlarında stadionda azarkeş çox olur.
Amma burada, Braziliyada küçədə azarkeşi görürsən. Son oyunlarda “Santo André”də stadiona daxil olarkən azarkeşlərin dəstəyi inanılmaz idi. Braziliyadan tez ayrıldığım üçün bu hissi burada əvvəl yaşamamışdım. Hətta telefonumda videolar saxlamışam. Bu, braziliyalıların futbola necə aşiq olduqlarını göstərir”.
Baxış sayı:125
Bu xəbər 16 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















