Madonna 16 ildən sonra “Qremmi”yə namizəd oldu
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyaca məşhur müğənni Madonna 16 illik fasilədən sonra yenidən “Qremmi” mükafatına namizəd göstərilib.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, 68 yaşlı sənətçinin “Confessions II” albomu “Ən yaxşı rəqs/elektron musiqi albomu” kateqoriyasında namizədlər sırasına daxil edilib.
Bu kateqoriyada Madonna ilə yanaşı, Robyn, Skrillex, Slayyyter və Tame Impala da mübarizə aparacaq.
Məlumata görə, builki nominasiyalarda ən çox adı hallanan ifaçı britaniyalı müğənni Raye olub. O, 11 kateqoriya üzrə namizəd göstərilib. “İlin albomu” nominasiyasında isə Teylor Svift, Bruno Mars, Oliviya Rodriqo, Rozaliya və digər məşhur ifaçıların albomları yer alıb.
Bundan başqa, Madonna Sabrina Karpenterlə birlikdə ifa etdiyi “Bring Your Love” mahnısına görə “Ən yaxşı pop duet və ya qrup ifası” nominasiyasında da mükafata iddialıdır.
Qeyd edək ki, 2027-ci il “Qremmi” mükafatlarının təqdimetmə mərasimi fevralın 7-də Los-Ancelesdə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Noyabr 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















