Nemtsovun qatilləri Rusiya cəza koloniyalarından gizli şəkildə azad edilib
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlində təqsirli bilinən üç nəfər, Ukraynaya qarşı müharibədə iştirak etmək üçün müqavilə imzaladıqdan sonra cəza koloniyalarından vaxtından əvvəl azad edilmiş ola bilər. Bu barədə noyabrın 16-da Rusiyanın "Proekt" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Söhbət Anzor və Şadid Qubaşev qardaşlarından və Zaur Dadayevdən (2035-ci ilə qədər həbs cəzası almışdı) gedir; onların hamısı 2015-ci ilin yazından bəri həbsdə və ya cəza koloniyalarında idilər. Qətli həyata keçirən qrupun digər iki üzvü – Temirlan Eskerxanov və Həmzət Baxayev isə daha əvvəl azadlığa buraxılmışdılar.
"Proekt"in mənbələrindən birinə görə, Dadayev və Qubaşev qardaşları rəsmi olaraq Ukraynaya qarşı müharibəyə cəlb ediliblər, lakin tezliklə Çeçenistana qayıdıblar və burada diqqət çəkmədən yaşayırlar.
Nemtsova atəş açdığı ehtimal edilən Dadayev Qroznıdan 80 km, Kadırovlar ailəsinin ata-baba kəndindən isə 8 km məsafədə yerləşən dağ kəndində məskunlaşıb. Qubaşev qardaşları isə Çeçenistan paytaxtının şimal-qərb hissəsindəki yaşayış məhəllələrindən birində yerləşiblər. Mənbənin sözlərinə görə, hər üç şəxsə "sakit həyat" sürmək tapşırılıb və onlara belə bir xəbərdarlıq edilib: "Azadlıqda olduğunuzu heç kimin bilmədiyinə əmin olun, əks halda yenidən cəza koloniyasına qayıdacaqsınız". Xatırladaq ki, Nemtsov 2015-ci ilin fevralında, Kreml yaxınlığındakı Böyük Moskvoretski körpüsündə qətlə yetirilib. 2017-ci ilin iyulunda, andlı iclasçıların qərarına əsasən, məhkəmə cinayətkarları 11 ildən 20 ilə qədər müddətə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzasına məhkum edib.
Nemtsovun ailəsi və silahdaşları hesab edirlər ki, istintaq qərəzsiz aparılmayıb və qətldə Çeçenistan rəhbərliyi, eləcə də Rusiya lideri Vladimir Putinin yaxın ətrafı iştirak edib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 16 Noyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















