Icma.az
close
up
RU
Azərbaycanlılar üçün yeni təhlükə Ya ölkədən çıxmayın, ya da…

Azərbaycanlılar üçün yeni təhlükə Ya ölkədən çıxmayın, ya da…

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yayda bir çox vətəndaşlar xarici ölkələrə səyahət etməyi planlaşdırsa da, dünyada baş verən xoşagəlməz hadisələr tərəddüdə səbəb olub. Türkiyədə meşə yanğınlarının yenidən başlaması, Rusiyada yaşanan Yekaterinburq hadisələri, eləcə də İsrail–İran münaqişəsinə görə ABŞ, Qətər kimi ölkələrin də risk altında qalması narahatlıq yaradıb.

Belə qeyri-sabit vəziyyətdə Azərbaycandan kənara çıxmaq nə dərəcədə məntiqlidir? Hazırkı geosiyasi durumu nəzərə alaraq, vətəndaşlara bu yay xarici ölkələrə səyahət etmək tövsiyə edilirmi?

Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə deyib ki, dünyanın sürətlə sülhdən uzaqlaşması, münaqişə və müharibələrin artması səyahət etmək istəyənlər üçün təhlükə yaradır:

“Keçən ilin sonlarında ölkəmizə məxsus mülki təyyarə Rusiya səmalarında raketlə vuruldu, 38 nəfər həlak oldu. Ukrayna müharibəsində uzaqmənzilli raketlərdən və dronlardan istifadə belə bir halın yenidən yaranması ehtimalını daha da artırır. Son zamanlar Yaxın Şərqdə gərginliyin şiddətlənməsi, İran və İsrailin biri-birinə qarşı min kilometrləri keçən silahlardan yararlanması bəzi ölkələrin hava səmasının bağlanması ilə nəticələnmişdi. Bütün bunlar hava və su vasitələri ilə səyahətə getmək istəyənlərdə qorxu və risk yaradır”.

Yalçın Hacızadə

Politoloq Rusiya və Türkiyədə baş verən hadisələrə diqqət çəkib:

“Rusiyada miqrantlara və qeyri-rus olan millətin nümayəndələrinə qarşı dövlət orqanları, eləcə də kriminal ünsürlərin cinayətkar hərəkətləri, qardaş ölkədə meşə yanğınları və bəzi dövlətlərin mütamadi terror xəbərdarlığı ilə bağlı öz vətəndaşlarının səyahətdən çəkindirən bəyanatları səyahət sevərlər üçün məhduddiyyət yaradır. COVID-19 pandemiyasından sonra quru sərhədlərimizin bağlı olması daxili turizmin inkişafına səbəb olub. Lakin xidmət və restoran sektorunda qiymətlərin yüksək olması, bəzi hallarda sui-istifadələrin baş alıb getməsi insanları daha əlverişli – Balkan ölkələrinə səyahət etməyə istiqamətləndirir. Bu baxımından Azərbaycanda qiymət və xidmət sektoruna nəzarət gücləndirilməli, vətəndaşların ölkədə təhlükəsiz şəraitdə istirahətinə şərait yaradılmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 İyul 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri