Icma.az
close
up
RU
Azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunur

Azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunur

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

"Unikal"ın məlumatına görə, bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus “QAZ-21” markalı dövlət dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun az yaşlı övladı olub.

Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, 2 oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. “Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı” şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiririblər. Onun yaşadığı binada yaşayan Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşa, Xankəndi və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.

Əlavə sənədlər Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar, 1988-ci il sentyabrın 21-dən oktyabrın 21-dək Xankəndi şəhərində evlərin yandırılması və talanması, 1988-ci il noyabrın 22-də Şərur rayon sakinlərinin xəsarət alması, Sədərək rayonuna silahlı basqın edilməsi nəticəsində 3 nəfərin xəsarət alması, Şərur rayon Su qovşağı istismarı idarəsinin yandırılması faktları, Xankəndi Pedaqoji İnstitunun 3-cü kurs tələbəsi Danelyan Norayla Eduardoviç barəsində cinayət işi, həmçinin 1989-cu il yanvarın 10-da Qurbanov Ələkbər Paşa oğlunun öldürülməsi, Xankəndi şəhər sakini Əsədova Ofeliya Yusif qızının yaşadığı mənzilindən qovulması, avtomobil karvanının Ağdərə ərazisində saxlanılaraq azərbaycanlılara xəsarət yetirilməsi və digər faktlar, Xankəndi şəhərində ictimai qaydanın kobud şəkildə pozmaqla avtomobillərə zərər vurulması, Qazax rayonunun Barxudarlı kəndinin atəşə tutulması, 1989-cu il avqustun 10-da Şahbuz rayonunda obalara basın edilməsi, Şərur rayonunun Günnüt kəndində torpaq yolda partlayıcı maddə basdırılması və digər faktlarla bağlı olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri