Azərbaycanlılardan gözlənilən son zərbə : 120 il əvvəl oldu, 73 il sonra təkrarlandı...
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranda etiraz aksiyaları davam etsə də, Güney Azərbaycanın hadisələrə səssizliyi diqqət çəkir. Etirazların coğrafiyasına nəzər saldıqda da aydın görünür ki, aksiyalar əsasən fars vilayətlərində intensiv xarakter daşıyır.
Güney Azərbaycanın proseslərə məhdud və ya passiv münasibəti, əslində təsadüfi deyil. Əvvəla, Güney Azərbaycan İran tarixində hər zaman siyasi proseslərin həlledici amili olub. Məsələn, 1906-cı il Məşrutə hərəkatından 1979-cu il İran İslam İnqilabına qədər demək olar ki, bütün böyük siyasi proseslərdə Güney Azərbaycan ön sırada yer alıb. Lakin paradoks ondadır ki, məhz bu həlledici rolun nəticəsində ən ağır siyasi, mədəni və təhlükəsizlik zərbələrini də o bölgə alıb. Yəni inqilablar başa çatdıqdan və mərkəzi hakimiyyət gücləndikdən sonra ilk təzyiq və repressiya dalğası adətən məhz həmin bölgəyə yönəlib. Bu tarixi təcrübə Güney Azərbaycanda dərin kollektiv travma və siyasi ehtiyatlılıq formalaşdırıb.
Elə bu səbəbdən 1979-cu ildən sonra Güney Azərbaycan tədricən ümumiran miqyaslı proseslərə ya qatılmamaq, ya da yalnız məhdud səviyyədə iştirak etmək strategiyasını seçib.
Əslində bu, məqsədyönlü bir addım deyil. Özünü müdafiə refleksidir.
İranda azərbaycanlı əhalinin hazırkı mövqeyi
Birincisi, İran İslam İnqilabından sonrakı onilliklər göstərdi ki, ölkədə baş verən kütləvi etirazların heç biri real struktur dəyişikliyi ilə nəticələnməyib. Hakimiyyət dəyişmədiyi halda isə ən ağır bədəli yenə Güney Azərbaycan ödəyib.
İkincisi, Güney Azərbaycan hər zaman böyük bədəllər ödəsə də, İran siyasi sistemində tamamilə kənarda da qalmayıb. Belə ki, mərkəzi hakimiyyətin mahiyyət etibarilə fars-mərkəzçi xarakter daşımasına baxmayaraq, Güney Azərbaycandan olan müəyyən dini və siyasi fiqurlar iqtidar strukturlarında təmsil olunub. Bu amil bölgədə “tam kənarlaşdırılma” hissini qismən zəiflədir və açıq qarşıdurma motivasiyasını azaldır. Ona görə də, bu gün Güney Azərbaycan üçün risklər yüksək, potensial qazanc isə qeyri-müəyyən görünür.
Üçüncü və ən həlledici amil isə vahid siyasi vizyonun olmamasıdır. Güney Azərbaycanda İranın və bölgənin gələcəyi ilə bağlı ortaq strateji xətt formalaşmayıb. Mövcud mənzərə son dərəcə çoxparçalıdır. Məsələ ondadır ki, Güney Azərbaycanda bir qrup tam müstəqilliyi, digər qrup yüksək muxtariyyəti, bir qisim inzibati muxtariyyəti, digərləri isə mədəni muxtariyyəti müdafiə edir. Hətta ultra-millətçi mövqedən çıxış edərək bütün İranın “türk dövləti” olmasını istəyən marjinal yanaşmalar da mövcuddur. Bu ideoloji parçalanma kütləvi qərar verməni faktiki olaraq mümkünsüz edir.
Tehran rejiminə yanaşma
Nəticədə Güney Azərbaycan üçün əsas vəziyyət “rejim dəyişməlidirmi?” yox, “dəyişiklik hansı formada və kimin xeyrinə olacaq?” sualı ətrafında cəmlənir. Bu suala aydın cavab olmadığı müddətdə bölgənin etirazlara ya laqeyd qalması, ya da simvolik iştirakla kifayətlənməsi təbii haldır.
Lakin Güney Azərbaycanın səssizliyi həm də çox riskli bir addımdır. Bu passivlik yalnız mövcud aksiyaların genişlənməsinə deyil, ümumilikdə İran siyasi sisteminin transformasiyasına da mane olur. Çünki İran tarixində heç bir fundamental dəyişiklik Güney Azərbaycanın fəal iştirakı olmadan baş verməyib. Bu mənada, Güney Azərbaycanın hazırkı proseslərdə səssiz görünməsi tarixi təcrübədən irəli gələn ehtiyatlı siyasi davranışdır. Lakin uzunmüddətli perspektivdə bu səssizlik nə Güney Azərbaycanın milli tələblərini irəli aparır, nə də İranın struktur böhranını həll edir. Əksinə, bu vəziyyət digər qüvələrin səslərini yüksətməsinə səbəb olur. Məsələn, İranın keçmiş şahı Rza Pəhləvinin oğlu Məhəmməd Rza Pəhləvi yenidən aktivləşib. Bundan başqa PJAK-da aktivliyi ilə seçilir. Ən təhlükəli məsələ isə rejim dəyişiklikləri olmadan etirazların təkrarlanması və nəticəsiz qalmasıdır ki, bu da ölkəni xroniki qeyri-sabitlik mərhələsində saxlayır. Güney Azərbaycan hər şeydən öncə vahid ideologiya formalaşdırmalı, milli liderlər ətrafında birləşməlidir. Bu, riskləri azaldacağı kimi, Güney Azərbaycanın İranla bağlı qərarının nə olacağını da müəyyənləşdirəcək.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 03 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















