Icma.az
close
up
RU
Rodriqes ritorikasını dəişir Trampa əməkdaşlıq təklif edir

Rodriqes ritorikasını dəişir Trampa əməkdaşlıq təklif edir

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az “CNN” telekanalına istinadən xəbər verir ki, Venesuelanın vitse-prezidenti Delsi Rodriqesin sözlərinə görə, əməkdaşlıq proqramı “cəmiyyətin uzunmüddətli birgəyaşayışını gücləndirmək məqsədi ilə beynəlxalq hüquq çərçivəsində birgə inkişafa” yönəldiləcək. Venesuela ABŞ və regionla “balanslı və hörmətli beynəlxalq münasibətlərə” keçidi “prioritet edəcək”.
“Prezident Donald Tramp, xalqımız və regionumuz müharibəyə deyil, sülhə və dialoqa layiqdir. Bu, həmişə prezident Nikolas Maduronun mesajı olub, indi də bütün Venesuelanın mesajıdır. Venesuela sülh, inkişaf, suverenlik və gələcək hüququna malikdir”, - xanım Rodriqes ABŞ prezidentinə müraciət edib.
“CNN” Rodriesin son açıqlamalarındakı ritorikanın Nikolas Maduronu vəzifədən uzaqlaşdırmaq üçün ABŞ-nin “qəddarcasına güc tətbiqini” pislədiyi əvvəlki bəyanatlarının tonundan fərqləndiyinə diqqət çəkib.
Tramp Maduro ilə bağlı əməliyyatın detallarını açıqladı | VİDEO Yanvarın 3-də, Maduronun tutulmasından bir neçə saat sonra Donald Tramp mətbuat konfransında bildirib ki, Rodriqes özəl qaydada ABŞ ilə əməkdaşlığa hazır olduğunu və ölkəsini müvəqqəti “idarə edəcəyini” deyib.
- Əslində, Delsi Rodriqes Venesuelanı yenidən möhtəşəm etmək üçün zəruri saydığımz işi görməyə hazırdır”, - Amerika lideri söyləyib.
Lakin bu təklifdən boyun qaçıran xanım Rodriqes Venesuelanın öz “təbii ehtiyatlarının müdafiəsinə və geri qaytarılmasını tələb etdiyi Maduronun siyasətini həyata keçirməyə hazır olduğunu” açıqlayıb.
“Biz bir daha heç vaxt müstəmləkə olmayacağıq”, - Delsi Rodriqes vurğulayıb.
Bunun qarşılığında, yanvarın 4-də Rodriqesi hədələyən Tramp “lazım olanı etməyəcəyi halda, onun çox yüksək bədəl ödəyə biləcəyini” deyib. Amerika lideri həmçinin bildirib ki, qısa müddətdə dövlət başçısının vəzifələrinə cavabdeh olan Venesuela vitse-prezidenti ABŞ-nin bu ölkənin resurslarına “tam çıxış imkanı” verməlidir.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin “Delta” xüsusi təyinatlılar bölməsi Venesuela lideri Nikolas Maduronu ələ keçirərək ölkədən çıxarıb. Donald Tramp bildirib ki, hakimiyyətin aydın və təhlükəsiz keçidi baş tutana qədər Venesuelanı ABŞ idarə edəcək.
Venesuela Ali Məhkəməsinin Konstitusiya Palatası isə, Maduronun olmadığı müddətdə vitse-prezident Delsi Rodriqesin prezident səlahiyyətlərini icra etməsi barədə qərar çıxarıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri