Icma.az
close
up
RU
AzərbaycanTürkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib

AzərbaycanTürkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib. İclasa Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcun sədrlik ediblər.

Fərid Cəfərov çıxışında Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafında müstəsna rol oynadığını deyib: “Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu birgə əməkdaşlıq bütün sahələrdə, xüsusən də mədəniyyət sahəsində özünü təzahür etdirir. Bu il mayın 1-3-də ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mayın 11-də Şuşada təşkil edilən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində qardaş Türkiyənin iştirakı bizim üçün xüsusilə sevindirici oldu. Ölkəmiz noyabr ayında 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində “fəxri qonaq ölkə” qismində iştirak etdi. Bütün bunlar iki ölkə arasında mədəniyyət sahəsində yüksəksəviyyəli əməkdaşlığın göstəricisidir. Bundan başqa, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci YüksəkSəviyyəli Görüşündə qardaş Türkiyənin mədəniyyət və turizm naziri hörmətli Mehmet Nuri Ersoyun iştirakı və çıxışı çox əhəmiyyətli idi”.

Nazir müavini 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığını xatırladıb, bu sənədin iki ölkə münasibətlərinin zirvəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan-Türkiyə dostluğunun həm ikitərəfli, həm də beynəlxalq müstəvidə özünü göstərdiyini bildirən nazir müavini söyləyib ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 6-da Botsvananın Kasane şəhərində keçirilən 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Onlardan ikisi Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və “Sədəf sənətkarlığı” nominasiya fayllarıdır. “Təzhib sənəti” və “İftar və onunla bağlı sosial-mədəni ənənələr” çoxmillətli fayllarının qəbulu da Türkiyə və Azərbaycanın iştirakı ilə gerçəkləşib.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasının 2021-ci il martın 1-də Ankara şəhərində keçirildiyini xatırladıb: “Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edib və bu əməkdaşlıq gündən-günə daha da genişlənməkdədir. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, çoxsaylı layihələr həyata keçirilib”.

Qeyd olunub ki, hər iki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının 3-cü iclasından ötən müddət ərzində mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Həmin iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir.

Daha sonra hər iki ölkənin nazirliklərinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən mədəni irs, qeyri-maddi mədəni irs, kino və digər audiovizual sahələr, muzey işi, kitab sənayesi, ifaçılıq sənəti (teatr), mədəni və yaradıcı sənayelər və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, strateji inkişaf, layihələrin və təsisatların idarə edilməsi, mədəniyyət sahəsində təhsil, beynəlxalq əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Çıxışlardan sonra Birgə Komissiyanın dördüncü iclasının protokolu imzalanıb.

Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə mədəni irs, muzeyşünaslıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, kino, kitabxanaçılıq, yaradıcı sənayelər və səhnə sənətləri, konsert və festivallar, təcrübə mübadiləsi və s. məqamlar da yer alıb.

Tərəflər Birgə Komissiyanın növbəti iclasının 2025-ci ildə Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəliblər. Görüşün vaxtı və digər detallar diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Dekabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri