Icma.az
close
up
RU
AzərbaycanTürkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib AZƏRTAC

AzərbaycanTürkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib. İclasa Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcun sədrlik ediblər.

Fərid Cəfərov çıxışında Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafında müstəsna rol oynadığını deyib: “Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu birgə əməkdaşlıq bütün sahələrdə, xüsusən də mədəniyyət sahəsində özünü təzahür etdirir. Bu il mayın 1-3-də ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mayın 11-də Şuşada təşkil edilən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində qardaş Türkiyənin iştirakı bizim üçün xüsusilə sevindirici oldu. Ölkəmiz noyabr ayında 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində “fəxri qonaq ölkə” qismində iştirak etdi. Bütün bunlar iki ölkə arasında mədəniyyət sahəsində yüksək səviyyəli əməkdaşlığın göstəricisidir. Bundan başqa, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci YüksəkSəviyyəli Görüşündə qardaş Türkiyənin mədəniyyət və turizm naziri hörmətli Mehmet Nuri Ersoyun iştirakı və çıxışı çox əhəmiyyətli idi”.

Nazir müavini 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığını xatırladıb, bu sənədin iki ölkə münasibətlərinin zirvəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan-Türkiyə dostluğunun həm ikitərəfli, həm də beynəlxalq müstəvidə özünü göstərdiyini bildirən nazir müavini söyləyib ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 6-da Botsvananın Kasane şəhərində keçirilən 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Onlardan ikisi Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və “Sədəf sənətkarlığı” nominasiya fayllarıdır. “Təzhib sənəti” və “İftar və onunla bağlı sosial-mədəni ənənələr” çoxmillətli fayllarının qəbulu da Türkiyə və Azərbaycanın iştirakı ilə gerçəkləşib.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasının 2021-ci il martın 1-də Ankara şəhərində keçirildiyini xatırladıb: “Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edib və bu əməkdaşlıq gündən-günə daha da genişlənməkdədir. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, çoxsaylı layihələr həyata keçirilib”.

Qeyd olunub ki, hər iki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının 3-cü iclasından ötən müddət ərzində mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Həmin iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir.

Daha sonra hər iki ölkənin nazirliklərinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən mədəni irs, qeyri-maddi mədəni irs, kino və digər audiovizual sahələr, muzey işi, kitab sənayesi, ifaçılıq sənəti (teatr), mədəni və yaradıcı sənayelər və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, strateji inkişaf, layihələrin və təsisatların idarə edilməsi, mədəniyyət sahəsində təhsil, beynəlxalq əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Çıxışlardan sonra Birgə Komissiyanın dördüncü iclasının protokolu imzalanıb.

Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə mədəni irs, muzeyşünaslıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, kino, kitabxanaçılıq, yaradıcı sənayelər və səhnə sənətləri, konsert və festivallar, təcrübə mübadiləsi və s. məqamlar da yer alıb.

Tərəflər Birgə Komissiyanın növbəti iclasının 2025-ci ildə Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəliblər. Görüşün vaxtı və digər detallar diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri