Icma.az
close
up
RU
AzərbaycanTürkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib FOTOLAR

AzərbaycanTürkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib FOTOLAR

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib.
Xatırladaq ki, bu komissiyanın üçüncü iclası 13 noyabr 2023-cü il tarixində Ankarada təşkil olunub.
İclas Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcunun sədrlikləri ilə gerçəkləşib.
Nazir müavini Fərid Cəfərov qonaqları salamlayaraq deyib ki, Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafında müstəsna rol oynayır: “Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu birgə əməkdaşlıq bütün sahələrdə, xüsusən də mədəniyyət sahəsində özünü təzahür etdirir. Bu ilin 1-3 may tarixlərində ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mayın 11-də Şuşada təşkil edilən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində qardaş Türkiyənin iştirakı bizim üçün xüsusilə sevindirici oldu. Ölkəmiz noyabr ayında 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində "fəxri qonaq ölkə" qismində iştirak etdi. Bütün bunlar iki ölkə arasında mədəniyyət sahəsində yüksək səviyyəli əməkdaşlığın göstəricisidir.
Bundan başqa, 11-22 noyabr tarixlərində Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşündə qardaş Türkiyənin mədəniyyət və turizm naziri hörmətli Mehmet Nuri Ersoyun iştirakı və çıxışı çox əhəmiyyətli idi”.
Fərid Cəfərov 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığını xatırladıb, bu sənədin iki ölkə münasibətlərinin zirvəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Türkiyə dostluğunun həm ikitərəfli, həm də beynəlxalq müstəvidə özünü göstərdiyini deyən nazir müavini söyləyib ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 6-da Botsvananın Kasane şəhərində keçirilən 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Onlardan ikisi Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və “Sədəf sənətkarlığı” nominasiya fayllarıdır. “Təzhib sənəti” və “İftar və onunla bağlı sosial-mədəni ənənələr” çoxmillətli fayllarının qəbulu da Türkiyə və Azərbaycanın iştirakı ilə gerçəkləşib. 
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu çıxışında Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasının 2021-ci ilin 1 mart tarixində Ankara şəhərində keçirildiyini xatırladıb: “Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edib və bu əməkdaşlıq gündən-günə daha da genişlənməkdədir. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, çoxsaylı layihələr həyata keçirilib”.
Qeyd olunub ki, hər iki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının 3-cü iclasından ötən müddət ərzində mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Həmin iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir.
Daha sonra hər iki ölkənin nazirliklərinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən mədəni irs, qeyri-maddi mədəni irs, kino və digər audiovizual sahələr, muzey işi, kitab sənayesi, ifaçılıq sənəti (teatr), mədəni və yaradıcı sənayelər və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, strateji inkişaf, layihələrin və təsisatların idarə edilməsi, mədəniyyət sahəsində təhsil, beynəlxalq əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Çıxışlardan sonra Birgə komissiyanın dördüncü iclasının protokolu imzalanıb.
Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə mədəni irs, muzeyşünaslıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, kino, kitabxanaçılıq, yaradıcı sənayelər və səhnə sənətləri, konsert və festivallar, təcrübə mübadiləsi və s. məqamlar da yer alıb.
Tərəflər Birgə komissiyanın növbəti iclasının 2025-ci ildə Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəliblər. Görüşün vaxtı və digər detallar diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri