Azercell qanvermə aksiyası keçirib FOTOLAR
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, “Azercell Telekom” MMC xeyiryyəçi təşəbbüslərə dəstəyini davam etdirir.
"Unikal" xəbər verir ki, sentyabrın 23-də şirkətin baş ofisində “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində növbəti qanvermə aksiyası təşkil olunub.
Aksiyanın məqsədi talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatlarının artırılmasına və onların müalicəsinə dəstək göstərməkdir.
Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı və Mərkəzi Qan Bankının ixtisaslı həkimlərinin iştirakı ilə keçirilən aksiyada Azercell-in çoxsaylı əməkdaşları könüllü olaraq qan veriblər. Toplanan qan ehtiyacı olan uşaqların müalicəsinə yönəldiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 24 Sentyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















