Icma.az
close
up
RU
“Azercell”: Qiymətlər artırılmayacaq

“Azercell”: Qiymətlər artırılmayacaq

Icma.az bildirir, Pravda.az portalına istinadən.

"Azercell" şirkətinin Müştəri Xidmətləri departamentinin direktoru Faiq Dadaşovun müsahibəsi

- "Azercell" fakturasız (SimSim) xidmətlərində hansı əsas dəyişiklikləri həyata keçirib?

- 19 iyun tarixindən etibarən "Azercell" fakturasız xətt istifadəçiləri üçün daha rahat və müştəriyönümlü bir yanaşma tətbiq edir. Birinci dəyişiklik ondan ibarətdir ki, danışıq kartlarının istifadə müddətləri yenilənir və bununla yanaşı, yeni tarif əsaslı istifadə müddəti modeli tətbiq olunur. Bu o deməkdir ki, artıq nömrənin aktiv qalması yalnız balans yükləmə ilə deyil, tarifin ödənişi ilə də mümkün olacaq. İkinci dəyişiklik internetlə bağlıdır. Bu dəyişikliyə əsasən, saatlıq internet paketlərində tətbiq olunan 2 Mbps sürət məhdudiyyəti ləğv olunur və gündəlik internet paketlərinin həcmi artırılır. Eyni zamanda internet paketlərinin şərtləri və istifadə müddətləri yenilənir. Sonuncu dəyişiklik köhnə tariflərlə bağlıdır. Bu yenilik “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” kimi köhnə tariflərə yeni qoşulmalar dayandırılmasından ibarətdir.

- Əsas yeniliklərdən biri nömrənin aktiv qalması ilə bağlıdır. Yeni yanaşma necə işləyir?

- Əvvəllər nömrənin aktiv qalması yalnız balansda yüklənən məbləğə əsasən müəyyən edilirdi. Məsələn, 2 AZN yüklədikdə nömrə yalnız 10 gün aktiv qalırdı. Bu müddət bitdikdə, hətta balansda istifadə olunmamış resurslar qalsa belə, xidmətlər dayandırılırdı. Yeni qaydaya əsasən, balansda tarifin abunə haqqı qədər vəsait varsa, bu məbləğ tarifin ödənişinə istifadə olunacaq və nömrə 30 gün tam aktiv qalacaq. Bundan sonra nömrə əvvəl olduğu kimi əlavə 90 gün ərzində birtərəfli açıq olacaq, yəni istifadəçi gələn zəng və SMS-ləri qəbul edə biləcək.

- Tətbiq etdiyiniz yeniliklər sosial şəbəkələrdə müəyyən çaşqınlıq yaranıb. Tariflərin qiymətləri artırmı?

- Xeyr, qiymətlər artırılmır. Danışıq tarifləri olduğu kimi qalır. Sadəcə, əvvəlki qaydada nömrəni iki tərəfli aktiv saxlamaq üçün müəyyən məbləğlər balansa yükləmək ilə mümkün idi. İndi isə əlavə olaraq tarifin haqqını ödəməklə nömrəni tam 30 gün ikitərəfli aktiv saxlamaq mümkündür.

- Köhnə tariflərin dayandırıldığını qeyd etdiniz. Bu tariflərdən istifadə edən müştərilərlə bağlı hansı addım atılacaq?

- Cari istifadəçilər üçün heç bir dəyişiklik yoxdur. Əgər abunəçi artıq “Azercellim”, “Bölgə”, “GəncSim”, “GəncOl” və “Sadə” kimi tariflərdən birinə qoşulubsa, həmin tarifdən istifadə etməyə davam edə bilər. Sadəcə olaraq, 1 iyul tarixindən etibarən yeni qoşulmalar qəbul edilməyəcək. Eyni zamanda, daha sərfəli və geniş imkanlar təqdim edən “Supersən” kimi alternativ tariflər təklif olunur. Əgər abunəçi 1 iyul tarixinədək tarifini dəyişməsə, mövcud tarifindən istifadə etməyə davam edə biləcək.

- Bəs istifadə müddəti necə tənzimlənəcək? 1 iyul 2025-dən etibarən danışıq kartının nominalı ilə nömrənin aktiv qalma müddəti arasında əlaqə olacaq. Bu o deməkdir ki, nömrənin 25 gün aktiv qalması üçün 25 manat, 50 gün üçün isə 100 manat yükləmək lazım olacaq?

- Xeyr. Daha əvvəl də qeyd etdiyim kimi, əgər müştəri hər hansı tarifdən istifadə edirsə, o zaman sadəcə həmin tarifin aylıq abunə haqqını (bu 2 AZN, 5 AZN, 10 AZN və s. ola bilər) ödəməklə nömrəsi hər zamankı kimi aktiv qalacaq. Əgər müştəri tarifini vaxtında yeniləməyibsə və nömrə artıq birtərəfli rejimə keçibsə, o zaman xəttin yenidən aktivləşməsi üçün müəyyən məbləğ yükləyə bilər. Əgər yüklənən məbləğ tarifin aylıq haqqından azdırsa, bu halda nömrənin aktiv qalma müddəti yeni qaydalara əsasən hesablanacaq. Məsələn, 1 manat 1 gün, 2 manat 2 gün və s. olacaq. Lakin bir daha vurğulamaq istəyirəm ki, əgər cari tarifiniz vaxtında və tam məbləğdə yenilənirsə, nömrəniz 30 gün ərzində ikitərəfli aktiv qalır.

- "Azercell" bu dəyişiklikləri niyə məhz indi həyata keçirir?

- Bu dəyişikliklər, həm Azərbaycanda, həm də dünyada telekommunikasiya sektorunda gedən genişmiqyaslı transformasiyanın bir hissəsidir. İstehlakçı davranışları dəyişir. İstifadəçilər artıq bizdən yalnız danışıq və ya internet deyil, inteqrasiya olunmuş və daha rahat rəqəmsal təcrübə gözləyirlər. Bu səbəbdən paket əsaslı tariflər qlobal trendlərə çevrilib. Çünki bu yanaşma həm daha sadə, həm də daha sərfəlidir.

Eyni zamanda, biz telekommunikasiya sektorunun iqtisadi reallıqlarına da uyğunlaşırıq. Bu dəyişikliklər xidmətlərimizin uzunmüddətli dayanıqlığını təmin etməklə yanaşı, müştərilərə daha geniş və ehtiyaclara uyğun seçimlər təqdim edir.

- Bu dəyişikliklərin davamı da olacaqmı və bu “Azercell”in ümumi strategiyası ilə necə uyğunlaşır?

- Bəli, dəyişikliklər davamlı və strateji xarakter daşıyır. Onlar “Azercell”in müştəri təcrübəsini təkmilləşdirmək və qlobal trendlərə uyğunlaşmaq strategiyasının tərkib hissəsidir. Məqsədimiz balans artırmaqdan tutmuş internet istifadəsinədək bütün xidmətlərin daha rahat, sürətli və şəffaf şəkildə təqdim olunmasıdır.

- Bəzi istehlakçılar fakturasız, digərləri isə fakturalı xidmətlərdən istifadəyə üstünlük verir. Hansı seçim daha əlverişlidir?

- Bu, istifadəçinin həyat tərzi və ehtiyaclarından asılıdır. Fakturasız xidmətlər çeviklik və xərclərə nəzarət imkanı verir, çünkiəvvəlcədən ödəniş etdiyiniz üçün özünüzə öncədən müəyyən limit qoyursunuz. Bu da belə xidmətləri gənclər, turistlər və büdcəsinə nəzarət edən istifadəçilər üçün cəlbedici edir. Fakturalı xidmətlər isə daha rahat müştəri təcrübəsi və əlavə dəyər yaradan fərqli üstünlüklər təqdim edir.

Qlobal tendensiyalara baxdıqda görürük ki, hər iki xidmət növü inkişaf edir. Məsələ hansınınsa daha yaxşı olması deyil, fərqli ehtiyaclara uyğun fərqli həllər təqdim etməkdir.

- Son vaxtlar tarif paketləri klassik balans yükləmələrinin yerini alır. Belə görünür ki, müştərini məhz tarif paketlərindən istifadəyə daha çox sövq edirsiz. Bunun səbəbi nədir? Bu paketlər daha əlverişlimi sayılır?

- Bəli, bu doğrudur. Telekommunikasiya sektoru artıq sadə balans yükləmələrindən tarif paketlərə keçid edir. Bu paketlər vasitəsilə istifadəçi sabit bir qiymətə internet, danışıq və digər xidmətləri bir yerdə əldə edir. Məsələn, balans yükləyəndə istifadəçi ayrıca olaraq internet və danışıq dəqiqələri almalı olur. Tariflərdə isə bunların hər ikisini və daha artığını bir paket şəklində daha münasib qiymətə əldə edə bilir. Tarif paketləri müştərilər üçün daha çox dəyər, operator üçün isə daha çox sabitlik yaradır.

- Müştərilər dəyişikliklərlə bağlı əlavə məlumatı haradan ala bilərlər?

- Müştərilər “Azercell” mobil tətbiqi, Çağrı Mərkəzi və “Azercell” mağazaları vasitəsilə istənilən sualaa cavab ala bilərlər. Bundan əlavə, rəsmi saytımızda, sosial media hesablarımızda və SMS bildirişlər vasitəsilə bütün dəyişikliklər barədə ətraflı məlumat paylaşılır. Məqsədimiz odur ki, hər bir abunəçi bu yenilikləri tam başa düşsün və dəstək hiss etsin.

APA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 İyun 2025 07:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see129

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see121

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see112

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see112

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see111

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri