Pakistan "görünməz" qırıcılar alır Hindistan üçün təhlükə
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Çin özünün "Shenyang J-35A" beşinci nəsil "görünməz" qırıcısının Pakistan Hərbi Hava Qüvvələrinə təhvil verilməsini başa çatdırır.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu, Hindistan Hərbi Hava Qüvvələri üçün potensial ciddi təhlükə yaradır, çünki sözügedən qırıcı strateji hava balansını əhəmiyyətli dərəcədə dəyişdirə bilər.
Məlumata görə, Pakistan bu qırıcılardan hətta məhdud sayda əldə etdikdən sonra onun hava doktrinası dərinlərə zərbələrin endirilməsi imkanlarına qədər kəskin surətdə dəyişə bilər.
Belə ki, "J-35A" Çinin 40 kilometrədək məsafədə olan hədəfi vurmaq qabiliyyətinə malik ən son nəsil "hava-hava" raketlərinə uyğun gəlir.
Eyni zamanda, Hindistan əsasən "Su-30MKI", "Miraj 2000", "MiG-29UPG" kimi dördüncü nəsil təyyarələri istifadə edir, yalnız Fransanın "Rafale F3R" qırıcısı "J-35"ə bərabər cavab verə bilər, lakin o, bir sıra parametrlərə görə geri qalır və "görünməzlik" imkanlarına malik deyil.
Pakistanın nə qədər "J-35" alacağı hələlik bəlli deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 İyun 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















