Icma.az
close
up
RU
“Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək

“Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azerconnect Group” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, Memorandumu “Azerconnect Group”un baş direktoru Emil Məsimov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud imzalayıb.

Tərəfdaşlıq çərçivəsində “Azerconnect Group” təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllərlə qoruğun rəqəmsal transformasiyasına dəstək göstərəcək. Tərəflər süni intellekt əsaslı həllərin tətbiqi ilə ziyarətçi davranışlarının təhlili, fərdiləşdirilmiş xidmətlərin təqdim olunması, interaktiv rəqəmsal xəritələrin və audio bələdçinin yaradılması, smart turizm ekosisteminin qurulması kimi sahələrdə əməkdaşlıq edəcəklər. Bununla yanaşı, tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin formalaşdırılması istiqamətində layihələr icra olunacaq.

“Azerconnect Group”un baş direktoru Emil Məsimov tədbirdə çıxışı zamanı tərəfdaşlığın tarixi məkanların rəqəmsal transformasiyası prosesində yeni imkanlar açacağını vurğulayıb: “İçərişəhər Azərbaycanın mədəni kimliyini yaşadan mühüm tarixi məkanlardan biridir. Azerconnect Group olaraq biz bu unikal mühitdə rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək ziyarətçi təcrübəsini daha da təkmilləşdirməyi, tarixi irsimizin qorunmasına töhfə verməyi hədəfləyirik. Təqdim edəcəyimiz süni intellekt əsaslı texnologiyalar, smart turizm həlləri İçərişəhəri yerli sakinlər və xarici qonaqlar üçün daha da innovativ məkana çevirəcək”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək bu kimi əməkdaşlıqların tarixi irsimizə və müasir idarəetmə yanaşmalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyıdığını vurğulayıb: “İçərişəhər tarixi irsin mühafizəsi sahəsində ənənəvi yanaşmaları müasir texnologiyalarla inteqrasiya edərək “Ağıllı Qoruq” modelini formalaşdırır. Rəqəmsal idarəetmə sistemləri, məlumat əsaslı qərarvermə və davamlı şəhər idarəçiliyi alətləri qoruğun daha səmərəli idarə olunmasına xidmət edir. Bu transformasiya tarixi-mədəni dəyərlərin qorunmasını təmin etməklə yanaşı, bütün maraqlı tərəflər üçün daha keyfiyyətli və innovativ mühit yaradır”.

Regionun aparıcı İKT şirkəti “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili, “FinTech”, “AdTech”, Media/TV sahəsində rəqəmsal xidmətlər təqdim edir. 6 milyona yaxın müştəriyə süni intellekt əsaslı həllər təqdim edən “Azerconnect Group”a “Bakcell”, “AzerTelecom”, “Citynet”, “UltraNet”, “Goldenpay”, “DataSphere”, “NewMedia” kimi şirkətlər daxildir. 4000-dən çox mütəxəssisin çalışdığı “Azerconnect Group” Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən biridir.

“Azerconnect Group” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 İyun 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri