Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
(®) Azərbaycanın aparıcı İKT şirkəti Azerconnect Group MDB regionunda ilk dəfə süni intellekt əsaslı yeni nəsil radio şəbəkələrinin inkişafı üzrə alyansa – AI RAN Alyansına qoşulub.
NVIDIA, Nokia, Samsung və digər nəhəng şirkətlərin də üzv olduğu qlobal platforma mobil şəbəkə infrastrukturunun süni intellekt texnologiyaları əsasında təkmilləşdirərək daha ağıllı, çevik və səmərəli şəbəkə arxitekturalarının formalaşdırılmasını həyata keçirir.
Alyansa qoşulmaqla Azerconnect Group süni intellekt əsaslı mobil şəbəkə sahəsində qlobal və qabaqcıl texnologiyalara çıxış imkanlarını daha da genişləndirəcək. NVIDIA-nın GPU (Qrafik Prosessor Modulu) əsaslı radio emalı və süni intellekt dəstəkli RAN alqoritmləri kimi innovativ həllərin tətbiqi şəbəkə dayanıqlılığının və spektr səmərəliliyinin artırılmasına töhfə verəcək. Həmçinin GPU əsaslı radio şəbəkələr üzərində müxtəlif süni intellekt tətbiqlərinin rahat istifadəsini təmin edəcək. Eyni zamanda, ağıllı enerji optimallaşdırma həllərinin tətbiqi şəbəkə əməliyyatlarında daha yüksək səmərəliliyin təmin olunmasına və şirkətin dayanıqlılıq hədəflərinin dəstəklənməsinə xidmət edəcək. Azerconnect Group-un AI-RAN Alyansına üzvlüyü 6G texnologiyalarına hazırlıq strategiyasında mühüm mərhələnin başlanğıcıdır.
Qeyd edək ki, AI-RAN Alyansına üzvlük İKT sahəsində yerli mütəxəssislərin innovativ texnologiyalardan yararlanma imkanlarını daha da artıracaq. Platforma çərçivəsində Azerconnect Group əməkdaşları beynəlxalq ekspertlərdən ibarət işçi qrupları ilə birbaşa əməkdaşlıq edəcək, həmçinin müxtəlif texniki sessiya və təcrübə mübadiləsi platformalarında aktiv iştirak edəcəklər.
AI-RAN Alyansı haqqında
AI-RAN Alyansı telekommunikasiya sənayesində Radio Giriş Şəbəkələrinə (RAN) süni intellekt texnologiyalarının inteqrasiyasını sürətləndirmək məqsədilə yaradılmış qlobal əməkdaşlıq platformasıdır. 2024-cü ildə təsis olunan alyans telekommunikasiya ekosisteminin aparıcı iştirakçılarını bir araya gətirərək innovasiyaların təşviqinə, qabaqcıl təcrübələrin formalaşdırılmasına və RAN infrastrukturlarının məhsuldarlığını, əməliyyat səmərəliliyini və çevikliyini artıran yeni nəsil süni intellekt həllərinin inkişafına töhfə verir.
Azerconnect Group haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. Azerconnect Group müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 04 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















