Icma.az
close
up
RU
“AzerGold” dağ mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək

“AzerGold” dağ mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“AzerGold” QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Aspire EdTech” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisası üzrə rəqəmsal kurs təqdim olunacaq.

“Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisası üzrə kurrikulum əsasında hazırlanmış rəqəmsal kurs onlayn formatda Gəncə və Daşkəsən şəhərlərində yerləşən ixtisaslaşmış peşə təhsili müəssisələrinin tələbələri və məzunları üçün əlçatan olacaq.

Ənənəvi tədris prosesini rəqəmsal resurslarla dəstəkləmək məqsədi daşıyan rəqəmsal kurs video dərslər, interaktiv məlumatlar və test tapşırıqlarından ibarətdir. Proqram çərçivəsində “AzerGold” QSC-nin mütəxəsislərinin iştirakı ilə ümumilikdə 250 video dərsin və 1500 test tapşırığının hazırlanması nəzərdə tutulub. Kursu uğurla tamamlayan tələbələrə Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş müvafiq sertifikatlar təqdim ediləcək. pizza mizza

Qeyd edək ki, rəqəmsal təhsil layihəsi çərçivəsində əlavə olaraq çilingər, qaynaqçı və elektrik peşələri üzrə ümumilikdə 15 informativ video dərsin hazırlanması nəzərdə tutulub.

Məqsəd bu peşələr üzrə nəzəri biliklərin əlçatanlığını artırmaq və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına töhfə verməkdir. Hazırlanan rəqəmsal kurs eyni zamanda, dağ-mədən sahəsində peşə hazırlığının müasir texnologiyalar və sənaye təcrübəsi ilə daha sıx əlaqələndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, təhsilin inkişafı və dağ-mədən sənayesi üçün ixtisaslı kadr potensialının gücləndirilməsi “AzerGold” QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə şirkət 2021-ci ildən etibarən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.

Proqram çərçivəsində indiyədək ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 46, peşə təhsili müəssisələrində təhsil alan 52 nəfər olmaqla, ümumilikdə 98 tələbəyə təhsil müddəti ərzində aylıq təqaüd təqdim olunub. Təqaüd Proqramının qaliblərindən 19 nəfəri hazırda “AzerGold” QSC-nin müxtəlif struktur bölmələrində fəaliyyət göstərir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see369

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see314

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see312

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see308

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see298

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see290

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see283

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see262

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see238

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see233

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see229

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see228

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see227

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see211

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see211

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see207

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see199

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see199

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri