Icma.az
close
up
RU
“AzerGold” Türkiyənin dağ mədən şirkətləri ilə Afrikada birgə əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” Türkiyənin dağ mədən şirkətləri ilə Afrikada birgə əməkdaşlıq imkanlarını müzakirə edib

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“AzerGold” QSC ilə Türkiyənin dövlət və özəl dağ-mədən şirkətləri arasında Afrika qitəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib.

“Report” “AzerGold”a istinadən xəbər verir ki, bu müzakirələr yanvarın 22-də “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun ölkəmizdə səfərdə olan Türkiyənin Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Baş idarəsinin rəisi Şebnem Cenkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Bu məqsədilə təşkil edilən görüşdə Zakir İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı istiqamətində görülən işlər haqqında danışıb.

“AzerGold” QSC-nin qardaş ölkənin aidiyyəti dövlət qurumları, eləcə də özəl şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən İdarə Heyətinin sədri Afrika və Orta Asiya ölkələrində dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu, bu istiqamətdə Keniya, Konqo Respublikası, Niger, Mali, Burkina-Faso, Qvineya-Bisau kimi Afrika ölkələrinin müvafiq qurumları ilə çoxsaylı rəsmi və işgüzar görüşlərin keçirildiyini qeyd edib.

Zakir İbrahimov QSC-nin mineral resurslarla zəngin olan Afrika qitəsində Türkiyə şirkətləri ilə ortaq layihələrin icrasında da maraqlı olduğunu, həm geoloji kəşfiyyat, həm də əlvan və qara metalların hasilatı istiqamətində birgə əməkdaşlığın qurulmasına müsbət yanaşıldığını diqqətə çatdırıb.

Türkiyənin Seneqal, Liberiya, Əlcəzair, Niger və digər ölkələrdə dağ-mədən sahəsi üzrə fəaliyyət göstərdiyini qeyd edən Şebnem Cenk Afrika ölkələrinin potensialı nəzərə alınaraq, bütün sahələrdə yüksələn xətlə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin sözügedən qitədə yeni əməkdaşlıqların qurulması baxımından da faydalı olacağına, bu əməkdaşlıqdan həm Türkiyə və Azərbaycanın, həm də Afrika ölkələrinin iqtisadi fayda əldə edəcəyinə əminliyini ifadə edib.

Görüşün yekunu olaraq “AzerGold” QSC və Türkiyənin dövlət və özəl şirkətləri arasında Afrika qitəsində ortaq layihələrin həyata keçirilməsi məqsədi ilə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması barədə razılıq əldə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri