Icma.az
close
up
RU
“AzerGold” “Daşkəsəndə bitən nadir bitkilərin reintroduksiyası” layihəsini icra edib FOTO

“AzerGold” “Daşkəsəndə bitən nadir bitkilərin reintroduksiyası” layihəsini icra edib FOTO

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“AzerGold” QSC tərəfindən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında çoxaldılması və reintroduksiyası uğurla icra edilib.

"APA-Economics" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən növbəti aksiya zamanı Zəngəzur itburnusu (Rosa zangezura P.Jarosch.), Nizami itburnusu (Rosa nisami Sosn.), Qafqaz dağdağanı (Celtis caucasica Willd.), Adi nar (Punica granatum L.), İriyarpaq kövrək mürdəşər (Frangula grandiflora A.Pool), Trautvetter ağcaqayını (Acer trautvetteri L.), Adi şabalıd (Castanea sativa Mill.), Dəmirağac (Parrotia persica (DC.) C.A.Mey.), Şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.Mey.) və Atşabalıdı (Aesculus hippocastanum L.) kimi nadir ağac və bitki növlərinin kütləvi əkini həyata keçirilib.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun əməkdaşlarının bilavasitə iştirakı ilə “Çovdar” mədəninin ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan ağac və bitkilər aşkarlanaraq, toxumları yığılıb. Həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək, xüsusi aqrotexniki qaydada təcrübə sahəsində yetişdirilib.

Cari aksiya daxil olmaqla, ümumilikdə 3 dəfə, hər ilin oktyabr-noyabr aylarında nadir, nəsli kəsilmək təhlükəsində olan ağac tingi və bitki kollarının tarixən yetişdiyi ərazilərdən biri kimi Daşkəsən rayonunda, “Çovdar” mədəninin ətrafında ayrılmış geniş ərazidə əkini, çoxaldılması təmin edilib. Builki aksiya zamanı, həmçinin təbii şəkildə digər bölgələrdə yayılmış nadir ağac və bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında kütləvi əkini həyata keçirilib. Sözügedən bitkilər mütəmadi qulluq göstərilməsi üçün “AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində ekoloqlar tərəfindən daimi nəzarətə götürülüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın 2023-cü ildə nəşr edilmiş 3-cü nəşrində “AzerGold” QSC-nin icra etdiyi bu ekoloji əhəmiyyətli layihə öz əksini tapıb.

Ölkəmizin dağ-mədən sənayesini təmsil edən dövlət şirkəti olaraq “AzerGold” QSC tərəfindən istismarı həyata keçirilən yataqların ekoloji cəhətdən daha effektiv idarə edilməsi, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Bununla yanaşı, QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri