Icma.az
close
up
RU
AZƏRİQAZ da İSLAHAT , YOXSA QONDARMA İMTAHAN?! İşçi prokurorluğa şikayət edib

AZƏRİQAZ da İSLAHAT , YOXSA QONDARMA İMTAHAN?! İşçi prokurorluğa şikayət edib

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azəriqaz"ın Bakı Regional Qaz İstismarı Departamentinin Nəsimi rayonu üzrə çilingəri, Qarabağ müharibəsi əlili Əhməd Fazil oğlu Rəhmanov Baş Prokurorlugu şikayət edib.

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 5, mənzil 3-də pasport qeydiyyatında olan, lakin Bakı şəhəri, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, ev 21, mənzil 6-də yaşayan Əhməd Rəhmanov şikayəti ilə bağlı Mia.az-a bildirib ki, 1996-cı ildən bu günə kimi “Azəriqaz” İB-də çilingər vəzifəsində işləyir:

"Bu müddət ərzində dəfələrlə rəhbərlik tərəfindən əmək hüquqlarımın pozulması faktını aşkarlayıb aidiyyəti orqanlara müraciət etdiyim üçün problemlərlə üzləşmiş, işdən azad olunmuş, daha sonra isə məhkəmə yolu ilə öz işimə bərpa olunmuşam. 

Mən başa düşürəm ki, hüquq-mühafizə orqanlarında mənim barəmdə lazımi informasiya var. Sadəcə, bir neçə xırda detalları da əlavə etmək istəyirəm. Mən “Azəriqaz”da çilingər işləməyimə baxmayaraq, eyni zamanda “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” Müstəqil Həmkarlar İttifaqının həmtəsisçisi və eyni zamanda Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvüyəm.

Özüm Qarabağ müharibəsi əliliyəm.  Bunları ona görə qeyd etdim ki, dövlət və qeyri-dövlət strukturlarında olan bir çox qanun pozuntuları və onların aradan qaldırılması sahəsində səriştəm az deyil. Eləcə də “Azəriqaz”da bu illər ərzində müxtəlif "maxinasiya"ların şahidi olsam da, son vaxtlar “Azəriqaz”a tabe olan Bakı Regional Qazın İstismar İdarəsində (BRQİİ) baş verənlər məni təəccübləndirir.

 Belə ki, son vaxtlar BRQİİ-də struktur dəyişikliyi adı altında gizli bir proses gedir. Nəyə görə gizli?

Ona görə ki, qanuna uyğun olaraq, əgər hər hansı bir təşkilat ləğv edilərsə və ya başqa bir təşkilatın tərkibinə keçərsə, bu hal Əmək Məcəlləsinin 63-cü maddəsi (“Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi”) ilə tənzimlənir. Bu halda ancaq idarədə səlahiyyət sahibi olan rəhbərin və baş mühasibin əmək müqaviləsi dəyişdirilir.

İndiki halda isə nəyə görəsə idarə ləğv edilməmiş, yeni idarə təsis olunmamış rəhbərlik aşağı təbəqə işçiləri çağırıb, onlara gələcək idarədə işlə təmin ediləcəyi adı ilə bu işdən çıxıb başqa bir iş yerinə (başqa sahəyə) keçid etmələrini tələb edir".

Əhməd Rəhmanov deyir ki, bu bir yana, idarə rəhbərliyi bu saxtakarlığı ört-basdır etmək üçün saxta attestasiya prosesini də (bu ilin aprel-may aylarında) həyata keçirib:

"Bu proses zamanı narazılıq edənləri (guya ki, imtahandan kəsildiyi üçün başqa iş təklif olunduğu) kimi qələmə vermək istəyiblər.

 Sual verə bilərsiniz ki, attestasiyanın saxta olduğu barədə hansı sübut vardır?

Bildirirəm:

Əvvəla, Nazirlər Kabinetinin 23 may 2001 il 97 saylı  qərarında attestasiya keçirilmə qaydaları vardır. “Azəriqaz” bu qaydaların heç birini yerinə yetirməyib. Attestasiya götürənlərin sayı 3 nəfər olub, protokollaşma isə ümumən aparılmayıb. İmtahan verənlər protokola imza qoymayıb. 

 İkincisi, Attestasiya prosesi heç olmasa  Dövlət Əmək Müfəttişliyi və Həmkarlar komitəsi tərəfindən razılaşdırmalıdır. 

 Üçüncüsü, şəxsən mənimlə birgə attestasiyada iştirakdan rəsmi imtina edən bir neçə adamın adı sonradan attestasiya sənədində çıxıb. Bu isə artıq cinayət tərkibli bir işdir (yəni rəsmi sənədlərin saxtalaşdırılması).

 İnandırıram sizi ki, səlahiyyət sahibi olan bir dövlət qurumu bu bir təşkilatın ləğvi, o cümlədən başqa bir təşkilatın tələsik və saxtakarlıq yolu ilə təşkili prosesini araşdırsa, mütləq korrupsiya faktı üzə çıxacaqdır.

Digər bir fakt, attestasiyadan sonra guya "pis qiymət" alanlara rəhbərlik tərəfindən öz xahişi ilə ərizə yazdırılır və gələcəkdə başqa iş yeri vəd olunur. Başqa işə keçənlər isə əvvələr müddətsiz işə cəlb olunur... 

Şəxsən mən bu dediklərimi təsdiq etmək üçün hər bir fakta uygun şahid ifadələri təqdim etməyə hazıram. Belə ki, artıq bir qrup şəxs “Azəriqaz”da BRQİİ-də gedən saxta attestasiya və ondan irəli gələn saxtakarlıqla bağlı  Həmkarlar İttifaqından çıxmaq və Dövlət Əmək Müfəttişliyinə və eləcə də bizə, yəni “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” Müstəqil Həmkarlar Birliyinə müraciət edib".

Sonda o, qaldırdığı məsələlərin ciddi fakt kimi araşdırılmasını xahiş edib.

Firudn Səfərli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 İyun 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri