Azəriqaz ın əməkdaşını qız söhbətinə görə döyən şəxslə bağlı QƏRAR
Icma.az, News24 portalına istinadən məlumat yayır.
Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Ziyad Bayramovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
News24.az pravda.az-a istinadla xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilib, Sabirabad Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qərarı ləğv olunub. Sabirabad Rayon Məhkəməsinin 9 aprel 2025-ci il tarixli hökmü mülki iddianın maddi zərər hissəsində dəyişdirilib. Mülki iddia maddi zərərin tələbinə dair hissədə baxılmamış saxlanılıb.
İttihama görə, hadisə 29 may 2024-cü il tarixdə, saat 13 radələrində Sabirabad rayonu Güdəcühür kəndində qeydə alınıb.
Belə ki, Ziyad Bayramov həmkəndlisi, zərərçəkmiş Qulu Tahirova (adı, soyadı şərtidir) məxsus "Mercedes-Benz" markalı avtomobilin içərisində onunla aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Buna səbəb isə Qulunun onunla sevgi münasibətində olan həmkəndlisi S.S.-i narahat etməsi olub. Bu zaman Ziyad qəsdən yumruğu ilə zərərçəkmiş şəxsin baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarət yetirib.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə o, iki il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd: Qulu Tahirov "Azəriqaz" İstehsalat Birliyinin Sabirabad Rayon Qaz İstismarı İdarəsinin xidmət sahəsinin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyir.
Baxış sayı:116
Bu xəbər 30 İyul 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















