Azəriqaz ın rəhbərinin səhhəti ilə bağlı xəbər yayıldı Azər Məmmədov xəstəxanaya yerləşdirilib
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov xəstəxanaya yerləşdirilib.
Mia.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, ötən ay onun səhhətində qəfil problemlər yaranıb.
Məlumata görə, A.Məmmədov xəstəxanaya müraciət edib və onun vəziyyətinin ağır olduğu bildirilib. O, bir müddətdir xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, A.Məmmədov ötən ilin martında "Azəriqaz"ın baş direktoru vəzifəsinə təyin olunub. O, daha əvvəl baş direktorun müavini, 2023-cü ilin mart ayına qədər isə "SOCAR Energy Georgia"nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.
Əvvəllər isə "İnpatBank" (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), "AZEXİM" Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), "Milio Commodity Services" MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), "Azərboru" SC-də maliyyə direktoru (2003-2013) vəzifələrində işləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















