Azəriqaz ın sayğac oyunu: Azər Məmmədov vətəndaşları niyə narazı salır?
Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İki gündür ki, minlərlə abonent bayram günlərini qazsız keçirir, insanlar soyuqdan donur. Azəriqaz İB-nin isə nə qədər məsuliyyətsiz bir qurum olduğunu görürük.
Bəlkə də, yaranan problem məqsədli şəkildə uzadılır. Məqsəd bu günə qədər normal işləyən smart tipli sayğacların artıq yararsız olduğunu göstərməkdir. Çünki insanlar smart sayğacların mexaniki sayğaclarla əvəzlənməsinə etiraz edirdilər.
Ümumiyyətlə, "Azəriqaz"la bağlı son vaxtlar narazılıq artmaqdadır. Bunun səbəbi smart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsidir. Həm də abonentə xəbər vermədən... Şəxsən yaxın qohumlarımızın yaşadığı hadisədir ki, xəbər vermədən qazı kəsib sayğacı dəyişdirməyə başlayıblar. Və minlərlə ailənin ortaq fikri belədir ki, mexaniki sayğaca keçirildikdən sonra qaz sərfiyyatı artır. Bu nə limitlə bağlıdır, nə də başqa məsələ ilə. Azəriqaz-a etibar qalmayıb, abonentlər düşünürlər ki, mexaniki sayğaclarda nəzarət çətindir.
Smartkart sistemində isə konkret məbləğ yükləyib nə qədər istifadə etdiyini görmək mümkün idi.
@sitat.info Azəriqaz abonentləri belə aldadır -Hüquq müdafiəçisi ifşa etdi #nergizliftiyeva ♬ orijinal ses - Sitat.info xəbər portalı
Məsələ o qədər həssasdır ki, ötən həftə Tiktok-da etdiyim çıxışa 700 min nəfər insan baxıb, minlərlə şərh gəlib. Bu şərhlərdə hər kəs mexaniki sayğacların quraşdırılmasından narazılıq edir.
Sual yaranır ki, bu qədər insan narazı olduğu halda, proses davam etdirilirsə, Azəriqaz rəhbərliyinin sosial narazılığı tətikləməkdə məqsədi nədir? Qurumun rəhbərliyinə yeni gətirilən Azər Məmmədov səbəb olduğu bu vəziyyətin cavabını necə verəcək?
Mexaniki sayğacın smart sayğacdan necə daha "ağıllı" ola bilər? Hətta belədirsə, bu əhaliyə niyə doğru-düzgün izah edilmir, hətta abonentə xəbər vermək zəhmətinə belə qatlaşmır?
Artıq bu qurum əvvəlki mətbuat konfranslarını, "Açıq qapı" günlərini də ləğv edib, qapılarını mətbuatın üzünə bağlayıb.
Azəriqaz-ın mətbuat xidmətindən Sitat.info-ya bildirilib ki, smart sayğaclar offlayn rejimdə olduğu üçün dəyişdirilir. Yeni mexaniki sayğacların üzərinə isə smart qurğular yerləşdiriləcək və onların quraşdırılması pilot layihə olaraq həyata keçirilir.
Növbəti mərhələdə yəqin bu xərcləri də abonentlərdən çıxartmağa çalışacaqlar. Yeni mexaniki sayğac+smart qurğu sisteminin nə qədər effektiv olacağı sual altındadır.
Nərgiz Liftiyeva,
Sitat.info saytının rəhbəri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 02 Yanvar 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















