Icma.az
close
up
RU
Azəriqaz tərəfindən Ağdərə və Xankəndiyə mediatur təşkil olundu FOTO

Azəriqaz tərəfindən Ağdərə və Xankəndiyə mediatur təşkil olundu FOTO

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması prosesini davam etdirir. Mavi yanacaqla təmin olunan yaşayış məskənlərindən biri də Ağdərənin Vəngli kəndidir.

Redaktor.az xəbər verir ki, Birlik tərəfindən təşkil olunan bu dəfəki mediaturda jurnalistlər adıçəkilən kənddə görülən işlərin canlı şahidinə çevrildilər. Çətin relyef şəraitinə malik Vəngli kəndində cari ilin mayından start götürən qazlaşma işləri haqqında ətraflı məlumat verilib. İş icraçısı Ələddin Aşıralıyev nəzərdə tutulan 15.000 paqonmetr qaz xəttindən artıq 12.000-nin çəkildiyini bildirib. Eyni zamanda 130 fərdi yaşayış evinə qaz sayğacı quraşdırılıb və mavi yanacaqla təmin edilib. İlin sonunadək daha 26 evin təbii qazla təmin ediləcəyi vurğulanıb. Müxtəlif diametrli borularla çəkilən qaz xətlərinin isə ümumilikdə 300 ev üçün nəzərdə tutulduğu bildirilib. Media nümayəndələri də onları maraqlandıran sualları ünvanlayıblar.

Mediaturun ikinci günü çərçivəsində jurnalistlər Xankəndi şəhərində yerləşən Qarabağ Regional Qaz İstismarı İdarəsində olublar. Media nümayəndələrinə "Azəriqaz" İB tərəfindən görülən işlər haqqında ətraflı məlumat verilib. Regional İdarənin baş mühəndisi Qiyas Abdullayev işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 30 yaşayış məntəqəsinin qazlaşdırıldığını və bunun da 6800 abonenti əhatə etdiyini bildirib. Qonaqlar həmçinin Xankəndi Xidmət Sahəsinin inzibati binasında görülən təmir-bərpa işlərilə də tanış olublar. 

Sonda jurnalistlər Xankəndi şəhərindəki Kərkicahan qəsəbəsinə təşrif buyurublar. Burada görülən yenidənqurma və bərpa işləri ilə elə yerindəcə tanış olublar. Məlumat verilib ki, qəsəbədə 30 fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb. Mediatura Xənkəndi şəhər gəzintisi ilə yekun vurulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri