Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

“Azəriqaz”da başqasının borcu vətəndaşın adına yazılır RƏYLƏR

“Azəriqaz”da başqasının borcu vətəndaşın adına yazılır RƏYLƏR

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Mexaniki sayğaclar ikiqat yazır, qaz qalmaqalı sosial şəbəkələri silkələdi

"Azəriqaz"a dövlət nəzarəti tələb olunur

 "Azəriqaz"dan şikayət və narazılıqlar çoxalır. Xüsusən son aylarda abonentlərin qaz sayğaclarının dəyişdirilməsi prosesi icra olunduqdan sonra narazılıqlar daha da artıb. Vətəndaşlar smart-kart tipli sayğacların mexaniklərlə əvəzlənməsinin səbəbini hələ də anlaya bilmirlər. “Azəriqaz” İB bunu hər 5 ildən bir sayğacların laborator yoxlamaya göndərilməsiylə izah edir. Problemsə bundadır ki, sayğacları dəyişdirilən abonentlərə ödəniş borcu qeyd olunan qəbzlər gəlir, abonent etiraz edəndə, “səhv olub, başqa abonentin adına olan sayğacdır, səhvən sizə gəlib” deyirlər. Maraqlıdır, həmin “başqa” abonentin adına bəs hansı sayğac rəsmiləşdirilib, evinə hansı sayğac quraşdırılıb. Quraşdırılsın, sözümüz yox, amma niyə qəbzlər səhv tərtib edilməlidir. Görünür, bu işi bacaran əməkdaşları yoxdur “Azəriqaz”ın.

“Azəriqaz” abonenti olan vətəndaşlar sosial şəbəkələrdə mövcud durumu anladır, narazılıqlarını ifadə edirlər. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da əvvəlki smart-kart tipli sayğacı mexaniki ilə əvəzləndikdən sonra problemlə üzləşib. 4 noyabr, 2025-ci ildə yazdığı statusu xatırladan S.Məmmədov qeyd edib:

- Bu statusu 4 noyabr tarixində yazmışdım; İki gün əvvəl "Azəriqaz" İB binamızdakı bütün sayğacları dəyişdi. Cəmi 4000 kub yazmışdı. Qonşularda da aşağı-yuxarı belə idi. Bəziləri evdə yaşamır deyə daha az idi. Bildiyim qədər o smart adlanan sayğacları 960 manata almışdılar. Ən azı 100 000 kub üçün hesablanmış qurğulardı. Məncə, dəyişməyə dəyməzdi. Etiraz edə bilmədim, çünki müqavilənin şərti belədir. SOCAR-ın gəlirlərinin azaldığı bir vaxtda milyonlarla vəsait xərclənir. Nə bilim? Bəlkə, belə lazımdır?

S.Məmmədov növbəti statusunda üzləşdiyi problemi göstərib:

- Yeni sayğacı, hansındakı cəmi 4073 kub maye qaz sərfiyyatı olmuşdu, "Azəriqaz" İB gəlib dəyişdi. Smart sayğacda 308 kub qalıq vardı. Aktda yazdılar və dedilər ki, bu qalıq qurtarana qədər sizə borc yazılmayacaq. Bu gün mənə 23 kub maye qaz sərfiyyatı üçün qəbz veriblər. Özü də 4 manat 75 qəpik. İndi bunlara nə deyəsən? Bu "Azəriqaz" İB-yə kim rəhbərlik edir? O nəyə və kimə arxayındır ki, istehlakçının cibinə girir? Onsuz da yeni sayğac əvvəlkinə nisbətən ikiqat sərfiyyat hesablayır. SOCAR-da bu biabırçılığa nəzarət edən kimsə var? Varsa, zəhmət olmasa, düzəliş edin. Aktda göstərilməsinə baxmayaraq, sayğacın şəklini də çəkdim. Şərh hissəsində qalığı göstərən şəkili də yerləşdirəcəm.

Oxşar problemlə Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri, Azadmedia.az xəbər portalının baş redaktoru Elnurə Abuşova da üzləşib:

- "Azəriqaz" İB, "Azəriqaz" İstehsalat Birliyi, mənim sayğacım yeni nəsildir, vayfaylı. Karta nə ödəyirəm, onu istifadə edirəm. Bu nə borcudur? İnsanların cibinə kartla olanda belə girirsiz, mən indi təsəvvür edirəm kartsız sayğaclarda abonentlərin başına nə oyun açırsız!!! Hörmətli Ruslan Əliyev, yeriniz çox görünür. Sözümüzü deməyə adam tapmırıq. Siz gedəli "Azəriqaz"ın qapıları medianın üzünə bağlanıb.

Sonrakı statusunda isə E.Abuşova problemin çözüldüyünü qeyd edib:

- "Azəriqaz" İstehsalat Birliyindən əlaqə saxladılar. Telefon nömrəsində səhv olub, mesaj səhvən mənə gəlib, məsələ yoluna qoyuldu. Operativ reaksiyalarına bir təşəkkür düşür. İnşallah, hər zaman belə operativ və abonentə tərəf qərar verərlər.

Problem çözülsə də, vətəndaşların narazı məzmunlu rəyləri aşıb-daşır:  

Elnarə Kərimova: - Bizdə işıqda belədir. Smart sayğac da borc yazır. Üstündə pul olur, nə borcdursa, o puldan çıxılmır, ayrıca yazılır. Deyəndə də deyirlər ki, tarif burdan gəldi, sərfiyyat ordan getdi. Deyirsən ki, borcum varsa, haradan yaranır və əgər yaranıbsa, niyə karta pul yükləyəndə çıxılmır? Cavab yoxdur.

Sahib Məmmədov: - Hamıya yalandan borc yazırlar.

Zakiroğlu Rahim: - İlin sonudur, hansı qurumda əksiklik olur, vətəndaşın üzərinə yıxılır. Sanki vətəndaşla məsləhətləşib iş görürlər, ziyanda şərikik, gəlirdə isə deyil.

Dünya Sakit: - İlin sonudur, kimlərəsə peşkəş etdikləri qazın pulunu camaatın canından çıxırlar. Bizdə xəbərimiz olmadan dəyişib mexaniki sayğac qoyublar iki ildir, Allah bilir bu aya nə qədər yükləyəcəklər belimizə.

Elnurə Abuşova: - İkiqat yazır təzələr. Yaxın adama qoyublar. Eyni ev, eyni qızdırıcı, eyni iş rejimi, ikiqat yazır.

Dərya Nur Cəfərova: - Bu günlərdə bizim evdə də bir problem yaşandı. Kombinin yerinin dəyişdirilməsi ilə bağlı idi. İşindən olmasın deyə bizimkilər şikayət etmədilər. Amma biabırçılıq idi. Sonra da deyirlər işsiz qaldıq, diplomumuz var, işləyə bilmirik. Bunu hələ əraziyə göndərirlər, kabinetdə otursa minər camaatı. Şansı gətirdi ki, mərhəmətli insana rast gəldi. Mən olsam, bu dəqiqə onu bütün ölkə tanıyırdı.

Vüqar Səmədzadə: - "Azəriqaz" İB mənim başıma 3 ildir oyun açır, dəfələrlə yazmışam. Xeyri yoxdur. Deməli, qonşunun evinin qarşısından qaz turbasını çıxardıb gətirib mənim evimin qabağına basdırıblar. Hələ sovetin vaxtından o turba orada olub. Heç kimə sirr deyil ki, qonşu varlıdır və nəyinsə qarşılığında edib, indi isə yerinə qaytarmaq istəmir. Dəfələrlə şəhər qaz idarəsinin rəisinə müraciət etmişəm, xeyri yoxdur. Allah bəlanızı versin, xəstə canımla başıma nə oyunlar açırsınız.

Elmir Muradov: - Bir neçə dəfə oranın mətbuat katibi ilə əlaqə saxlamaq istəmişəm, açmayıb. Ruslan müəllim isə o boyda qurumun rəhbəri idi, nə vaxt istədim zəng də edirdim, yazırdım da. Dərhal da problemi həll edirdi. İndi oranı çeviriblər qapalı məkana.

Məzahir Əhmədov: - "Azəriqaz"ın rəsmi səhifələrinə iki dəfə müraciət göndərmişəm. Hər iki müraciətə eyni cavab verilib: “Sizinlə əlaqə saxlanılacaq”. Lakin bu günə qədər heç bir zəng və ya geri dönüş olmayıb.

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, “Azəriqaz" İB-də indiyədək görünməmiş qəribə proseslər gedir:

- Hər bir abonent "Azəriqaz" İB işçisi tərəfindən onlara təqdim olunan qaz sərfiyyatını yoxlasa, bu halda çoxlu sayda “səhv” ortaya çıxacaq. Smart-kart tipli sayğacları əsassız dəyişirlər. Abonentlər narazıdır ki, mexaniki sayğaclar daha çox sərfiyyat qeydə alır. Mexaniki sayğacları əvvəlki abonentin adına olan borcla birlikdə başqa abonentə quraşdırırlar. Kimsə duyuq düşür, maraqlanır, etiraz edir, ləğv edirlər. Elə adam var, bilmir, o dərəcədə savadlı deyil, başqasının borcunu özünkü sanıb onu da ödəyir. Tutarlı izah verilmir ki, niyə müasir smart-kart sayğacları mexaniki ilə əvəzlənməlidir. Məlumata görə, bölgələrdə qaz idarələrinə göstəriş verilib ki, sərfiyyatın həcmi yüksək göstərilsin. Bu məsələlərlə dövlət orqanları ciddi maraqlanmalı və ölçü götürülməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri