Icma.az
close
up
RU
“Azəriqaz”ın SOY(uqdan) QIRIMI, məhkəmənin VƏKİLLİYİ

“Azəriqaz”ın SOY(uqdan) QIRIMI, məhkəmənin VƏKİLLİYİ

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

17 ildir Qarabağ qazisnin qazdan istifadəsinə qadağa qoyulub

Bakının Nizami rayonunda 1-ci dərəcəli Qarabağ əlilinə 17 il qabaq Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən qeyri-yaşayış sahəsinin KOMBİ sistemi ilə qızdırılmasına “Azəriqaz” İB 17 ildir qanunsuz qadağa qoyub.

Başlıca qanunsuzluq sayğacla təchizatın,  quraşdırılmasının məişət abonenti əlilin hesabına həyata keçirilməsi, hətta abonent razı olsa da, xidmətdən qərəzlə imtina edilməsidir. Halbuki “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə görə, energetika müqaviləsinə uyğun olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə qoşub təchiz etməlidir. Qanunun 13-cü maddəsinin 9-cu bəndində , NK-nın “Qazdan istifadə qaydaları haqqında” Qərarının 4.2-ci bəndində isə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacının qaz paylayıcısının vəsati hesabına təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi təsbit olunub. 08.12.2023-cü ilə kimi qüvvədə olan “Təbii inhisarlar haqqında” Qanunun 10-cu,  08.12.2023-cü ildə qəbul edilən Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 40-cı  maddələrinə görə, təbii inhisar subyektləri xidmətdən imtina edə bilməzlər. İmtina edəndə rəqabət orqanı, rəqabət komissiyası onları elə cəzalandırır ki, bir də özbaşınalıq etmək başlarına bəla olur. Bəs niyə “Azəriqaz”ın xidmətdən imtinasına, 17 ildir Qarabağ qazisinin öz hesabına balans sərhədinə kimi  çəkdiyi qaz xəttinə, hətta öz hesabına belə  sayğac quraşdırılmasından imtinaya niyə qiymət verilmir, rəqabət orqanı niyə təbii inhisar subyektini- qaz xidmətçisini cərimə etmir, məhkəməyə vermir? Yəqin rəqabət orqanı da cəriməni qanundan kənar tətbiq edir, cərimə dövlətin yox, məmurun cibinə gedir. Məntiq başqa cür fikirləşməyə yer qoymur.

Məhkəməyə gəldikdə,  “Azəriqaz” məhkəməni də rüşvətlə özünə vəkil edib. Ərazi aidiyyəti üzrə Nizami məhkəməsində 4-cü aydır istehlakçı Qarabağ qazisinin qaldırdığı iddia süründürməçiliyin güdazına gedib. Soyuqdan qırılmamaq üçün müvəqqəti təminat tədbiri kimi sayğacın quraşdırılmasına ərizə verən əlilin ərizəsinə baxılmaqdan imtina edilib ki, məhkəmədə iddia ərizəsi yoxdur. Halbuki MPM-də müvəqqəti təminat tədbirinin təmin olunmasına ərizənin iddia qaldırmadan öncə də verilə bilməsi yazılıb. İddia qaldıranda isə hakim Qumru Əliyeva 3 aylıq hazırlıq icraatından sonra gizlincə işi Bakı Kommersiya Məhkəməsinə göndərib və orada da anında icraata qəbul edilib. Bu zaman hospitalda canı ilə əlləşən Qarabağ əlili , xəbər tutan kimi, hər iki məhkəmədən Ali Məhkəmənin , Məhkəmə Hüquq Şurasının sədrinə şikayət edib və iş Nizami məhkəməsinə geri qaytarılıb. Qumru Əliyeva yenə prosessual hərəkətsizlik etdiyindən, hətta PA-ya şikayətdən sonra 19.12.2024-cü il tarixli qərardadla 6 saylı vəkil bürosundan ayırdığı vəkilin iştirakını təmin etmədiyindən, iddiaçı əlil də cavabdeh qaz xidmətinin soy(uqdan) qırımına uğradığından 25.02.2025-ci ildə yenidən müvəqqəti təminat tədbiri haqqında, yəni sayğacın quraşdırılmasının təmin edilməsinə ərizə verib. Ərizəyə iddiaya baxan hakim Qumru Əliyeva baxmalı olduğu halda, ərizəni alan kimi həmin gün Nizami məhkəməsinə aid olmadığı əsası ilə geri qaytarmaqda cavabdehlərə vəkil xidməti göstərən hakim Həqiqət Əhmədova “baxıb” və anında geri qaytarıb. Guya xidmətdən imtina kommersiya məhkəməsinə aiddir. Halbuki MPM-in 159-cu maddəsində müvəqqəti təminat tədbiri haqqında ərizənin hansı hallarda  geri qaytarılması təsbit olunub və bu halların içində işin başqa məhkəməyə aid olması  yoxdur.

Özbaşınalığa baxın, vətəndaş əlil-qazi öz hesabına evini KOMBİ sistemi ilə qızdırmaq üçün, soyuqdan ölməmək üçün 17 ildir təbii inhisar subyektinin xidmətə məcbur edilməsinə nail ola bilmir. Nə qaz nəzarəti, antiinhisar-rəqabət orqanı, nə icra, nə qanunverici, nə məhkəmə hakimiyyəti orqanı xidmətdən imtinaya - “Azəriqaz”ın SOY(uqdan) QIRIMINA qiymət verir. Məhkəmə soy(uqdan) qırıma vəkillik edir, vəkil bürosu məhkəməyə.

Rəqabət Məcəlləsinin tələbinə görə, media qurumlarının məlumatı rəqabət orqanının araşdırması, tədbir görməsi üçün əsasdır. Elə hüquq mühafizə orqanları da mətbuatda dərc olunan hüquq pozuntuları barədə məlumatları yoxlamağa borcludurlar. Ona görə yazdıq. Di gəl, 17 ildir “qaz soyqırımından” isti-soyuq bilmədən yazılanlara baxan da yoxdur...

Məğrur BƏDƏLSOY

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri