“Azərişıq” əməkdaşları Türkiyədə birinci yerə layiq görüldülər
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sentyabrın 21-dən 25-nə qədər Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə Türkdilli ölkələrin elektroenergetika mütəxəssisləri arasında beynəlxalq Peşə Ustalığı Yarışı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Türk Dövlətləri Təşkilatı nümayəndəsinin iştirakı ilə keçirilən və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan komandalarını bir araya gətirən yarışda “Azərişıq” ASC-nin energetikləri yüksək peşəkarlıq, texniki bilik və bacarıq, operativlik və güclü komanda işi nümayiş etdirərək “Ən təcrübəli mütəxəssis komandası” nominasiyası üzrə birinci yerə layiq görülüblər.
Qeyd edək ki, Türkdilli ölkələrin energetikləri arasında Peşə Ustalığı Yarışlarının əsası ilk dəfə 2023-cü ildə “Azərişıq” ASC-nin təşəbbüsü və təşkilatçılığı ilə Qarabağda – Hadrutda qoyulub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən bu təşəbbüs qısa müddətdə beynəlxalq ənənəyə çevrilərək sonrakı illərdə Tatarıstan, Qırğızıstan və Özbəkistanda uğurla davam etdirilib.
Qarabağdan başlayan bu mühüm təşəbbüs bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində elektroenergetika sahəsində peşəkar əməkdaşlığın genişləndirilməsinə, qabaqcıl təcrübə mübadiləsinə, texniki təhlükəsizlik mədəniyyətinin yüksəldilməsinə və müasir texnologiyaların tətbiqinə dəstək verən beynəlxalq platformaya çevrilib.
Ankarada keçirilən builki yarış da Türk dünyasının energetikləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xidmət edib.
Beynəlxalq Peşə Ustalığı Yarışlarının növbəti mərhələsinin 2027-ci ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 Oktyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















