Maaş ala bilməyən futbolçular stadiona gəlmədi oyun baş tutmadı
Icma.az, Sportal.az saytına istinadən bildirir.
I Liqanın XII turunun bu günə nəzərdə tutulan "Mingəçevir" - "Şahdağ Qusar" matçı baş tutmayıb.
Sportal.az xəbər verir ki, buna səbəb ev sahibi komandanın təyin olunmuş vaxtda stadionda olmamasıdır. Peşəkar Futbol Liqasının açıqlaması belədir:
"Prosedura uyğun olaraq, oyun vaxtı təyin olunub. Rəqib komanda və oyunun təşkilinə cavabdeh olan şəxslər müəyyənləşdirilmiş vaxtda stadionda olublar. Meydan sahibi "Mingəçevir" komandası təyin olunmuş vaxtda stadiona gəlməyib. Əsasnaməyə uyğun olaraq, 30 dəqiqə gözlənilib və matç baş tutmamış hesab olunub. Bununla bağlı yekun qərar İntizam Komitəsinin səlahiyyətindədir".
Qeyd edək ki, "Mingəçevir"də olan maliyyə problemlərinə görə maaaş almayan futbolçular oyuna çıxmaqdan imtina ediblər.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 04 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















